Surət Hüseynov vəfat edib- YENİLƏNİB

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.
Bu barədə APA-ya yaxınları bildirib.
Əldə olunan məlumata əsasən, uzun sürən xəstəlikdən sonra mərhumun mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində o həyatını itirib.
14:00
Azərbaycanın sabiq baş naziri Surət Hüseynov reanimasiyaya yerləşdirilib. Bu barədə Gununsesi.info-ya Surət Hüseynovun yaxınları məlumat verib.
Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.
Azərbaycanda "qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynov AXC-Müsavat hakimiyyətinin devrilməsində əsas füqur olub.
Heydər Əliyev hakimiyyəti dövründə baş nazir postunu tutan Hüseynov sonra ömürlük məhkum edilib.
İlham Əliyev prezident seçildikdən sonra onu əfv sərəncamı ilə azadlığa buraxıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























