Türkiyədən qaçmaq istəyən 9 FETÖ üzvü saxlanılıb

Türkiyədən Yunanıstana qeyri-qanuni keçməyə çalışan 13 nəfər saxlanılıb. Bu barədə Türkiyə mediasında bildirilib.
Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, araşdırmalar nəticəsində həbs edilən şəxslərdən 9-nun FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Saxlanılanlarla bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.
2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilərək çevriliş etmək istəyib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























