• $
  • €
  • ₽
  • ₺
  • £

Yazıçılar süni intellektə qarşı çıxıblar.

Yazıçılar süni intellektə qarşı çıxıblar.
31.07.2023 18:20
Dünya üzrə 9000-dən çox yazar süni intellektə qarşı çıxıb. Onlar süni intellekt şirkətlərini onların müəllif hüquqlarını pozduğunu və kompensasiya verməli olduğunu bildirib. Bu barədə The Washington Post qazeti məlumat verib.
 
İyulun 18-i Marqaret Etvud və Syüzen Kollinzin də daxil olduğu 8 mindən çox yazıçı əsərlərinin süni intellekt modellərinin öyrənilməsində istifadə olunmasına qarşı çıxıblar.
 
Müəlliflər öz kitablarının süni intellektin təkmilləşməsində istifadəsinə görə mükafat tələb ediblər.
 
Həmçinin onlar bəzi texnologiyaların əsərlərin müəllif üslubunun surətini çıxarmasına şərait yaratması ilə razı deyillər.

İT üzrə mütəxəssis İmran Əliyev bildirir ki, bu məsələ ilə bağlı əsas problem bu sahədə vahid qanunvericiliyin olmamasıdır.
 
"Bu sahədə hələ qanunvericilik formalaşmayıb. Azərbaycanda isə bununla bağlı ümumiyyətlə qanun yoxdur. Digər ölkələrdə isə təzə-təzə yeni qanunlar qəbut etməyə başlayıblar. Bu etirazın səbəbi ondan ibarətdir ki, süni intellektən istifadə edərək kimisi musiqi bəstələyir, kimisi dizayn edir, kimisi də şeir hazırlayır. Bu da bu işlə məşğul olan insanların işinin azalmasına gətirib çıxarır. Bu da onlara maliyyə cəhətdən ciddi zərər vurur. Çünki, süni intellekt inkişaf etdikcə, yaradıcı şəxslər  əvvəlki kimi öz məhsullarını sata bilmirlər. Onlar da  buna etiraz edərək bildirirlər ki, bu süni intellekt hansısa bir formada qanun çərçivəsində tənzimlənsin. Bu mənada süni intellektin işləməməsi və yaxud ləğv olunması kimi bir şey yoxdur. Süni intellekt plagiatçılıqla məşğul deyil. Hansısa bir bəstəkarın, yazıçının və digər hər-hansı bir sənət sahibinin məhsulunu götürmür. Süni intellektə müraciət edərkən, o özü generate edərək (yaradaraq) məhsulu bizə təqdim edir. Ona görə də bura da heç bir plagiatçılıqdan söhbət gedə bilməz”, - mütəxəssis bildirib.
  
Müraciət edən yazıçıların məktubu "OpenAI”nin rəhbəri Sem Altmana, "Alphabet”in başçısı Sundar Piçaiyə, "Meta”nın təsisçisi Mark Zukerberqə və digər texnologiya kompaniyalarının rəhbərlərinə ünvanlanıb.
 
Məktubda deyilir: "Böyük dil modellərində yaradılmış generativ süni intellekt texnologiyaları öz mövcudluğunu bizə borcludur”. Onlar müəllif hüquqlarını qorumağı və yazıçıların əsərlərindən istifadə üçün təzminat ödəməyi tələb ediblər. Belə ki, onların fikrincə, bu kitablar olmadan "süni intellekt bəsit və son dərəcə məhdud olardı”. 
Eltac Nurullazadə

 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol