Azad edilmiş ərazilərdə daha 68 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 68 mina aşkarlanıb. Bu barədə ANAMA-dan məlumat verilib.
"Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 160 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.Həmçinin 516, 46 hektar ərazi mina və PHS-lərdən təmizlənib", - açıqlamada qeyd olunub.
Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaya düşüb.
2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib.
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib