• $
  • €
  • ₽
  • ₺
  • £

Ölkədə "qız uşaqlarına və qadınlara" verilən dəyərin - GÖRÜNTÜSÜ

Ölkədə "qız uşaqlarına və qadınlara" verilən dəyərin - GÖRÜNTÜSÜ
31.07.2023 21:19
Yazıya Lənkəranın Xolmili kəndində yaşayan Bəxtiyar müəllimin 4 qız övladlarına olan sevgi ilə başlamaq istəyirəm.
 
Bəxtiyar müəllim deyir ki, 4 qız övladı olduğuna görə xoşbəxtdir. Oğlan övladı olmadığı üçün isə heç zaman üzülməyib. 

"Uzun illər Lənkəranda Peşə məktəbində müəllim kimi dərs demişəm. Mənim üçün övladın fərqi olmayıb. Qız övladımlarımla fəxr edirəm. Onlara gücüm çatdığım qədər təhsil verməyi özümə borc bilmişəm”, - Bəxtiyar müəllim deyir.

4 qız atası deyir ki, övladlarının hamısı qız olmasına görə heç vaxt nə kompleks yaşamayıb, nə də kənddə "Ay bala niyə oğul atası deyilsən?” sualı ilə qarşılaşmayıb. 

Bəxtiyar müəllimin artıq 7 qız nəvəsi və bir qız nəticəsi var. Buna görə isə ayrıca xoşbəxt olduğunu ifadə edir. 

Bölgələrdən başlayan qız uşaqlarına qarşı olan diskriminasiya hansı mərhələdədir?

Bir necə bölgədə ginekoloqla əlaqə saxladım. Təxminən bildirildi ki, övladı qız uşaqları olduğu üçün abort etdirən şəxslərin sayında azalma var. Həkimlər bunu inkişaf edən dövr və qız uşaqlarına olan cəmiyyətdə dəyərlə əlaqləndirirlər. 

Məsələn Lənkəran bölgəsindən olan ginekoloq-həkim deyir ki, əvvəllər bu bölgədə qız uşaqlarına qarşı aşırı dərəcədə aqresiya,qız uşaqlarını gizlətmə, tez ərə vermə halları daha çox olurdu. İnkdi isə gənc ailələr zəmanə ilə ayaqlaşmağa çalışır. Qızlara qarşı sevgini göstərə bilirlər. 

Həkim bildirir ki, bu abortlarda da özünü müsbət nəticəyə doğru göstərir. Əgər əvvəllər qız uşaqlarına qarşı abort halları çox idisə,indi əksinə qız uşaqları olduğu üçün çox xoşbəxt olan ataları görmək halları artıb.

Dövlət Statistika Komitəsinin açıqladığı 2022-ci il rəqəmlərinə görə, Azərbaycanda 100 qıza 112 oğlan düşür. 2022-ci il isə bu rəqəm 100/116 nisbətində olub. Bioloji göstəricilərə görə isə hər 100 qıza 102-16 oğlan düşməsi normal göstərici olmalıdır. 


Qız övladlarına və xanımlara dəstək olan layihələr var, sadəcə təqdimatı çoxşaxəli deyil...


Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin sədri Sevinc Fədai deyir ki, 5 ildir qız uşaqlarına və qadınların maariflənməsi, bilik bacarıqlarının inkişaf etdirilməsi istiqamətində bir çox layihələr icra ediblər.

 "Gəzən akademiya” –  Layihə bölgələrdə, xüsusilə ucqar kəndlərdə məktəbəqədər yaşlı uşaqlar və məktəblilərin psixoloji və əqli cəhətdən inkişafına dəstək olmaq, elm və təhsilə maraqlarını artırmaq məqsədi daşıyırdı. Layihə çərçivəsində görüş və təlimlər Ağsu və Göyçayın kəndlərində baş tutmuş, layihədən 45-i qız olmaqla, ümumilikdə 70 uşaq və valideynləri faydalanmışdı. Layihənin əsas nəticələrindən biri valideynlərin uşaqlarının "oxuyub nə olacaq?” tipli suallarının əsaslı şəkildə cavablandırılması və onlarda övladlarına, təhsilin gücünə inam yaratmaq olub.

"Ucqar kəndlərdəki abituriyentlər üçün rəqəmsal təhsil və mentorluq proqramı” –  "Heç kimin geridə qalmaması”, "hər kəs üçün keyfiyyətli təhsil” prinsipinə söykənən layihənin məqsədi ali məktəblərə qəbul imtahanlarında aşağı nəticələr göstərən ucqar kənd məktəblilərini elektron resurslar – planşet və internet paketi, eləcə də dərs vəsaitləri ilə təmin edərək, onları təcrübəli müəllimlər tərəfindən universitetlərə hazırlamaqla təhsildə qeyri-bərabərliyin aradan qaldırılmasına töhfə vermək idi.

Layihənin xüsusi hədəf qrupu aztəminatlı ailələrin övladları, internat məktəbləri və internat tipli müəssisələrdə yaşayan, həmçinin valideynləri rəhmətə getmiş yeniyetmələr, fiziki məhdudiyyətli uşaqlar idi. Layihə çərçivəsində hər gün keçirilən dərslərlə abituriyentlərin hazırlığı optimal səviyyəyə gətirildi, onların keyfiyyətli təhsil almaq imkanı olan abituriyentlərlə rəqabət aparmaq imkanları artırıldı. Layihə ərzində Lerik, Qusar və Beyləqanın kənd abituriyentlərinə onlayn dərslərlə yanaşı, onlayn psixoloji konsultasiya, seminarlar da verildi, onların həyat immuniteti də gücləndirildi. Layihə iştirakçılarının seçimində qızların təhsil almasındakı məhdudiyyətlər nəzərə alınaraq, qızlara üstünlük verilmişdi. 18 qız, 12 oğlanın iştirak etdiyi layihənin nəticəsində 2 qız uşağı ali məktəbə, 1 qız uşağı isə kollecə qəbul oldu. Digər abituriyentlərimiz isə növbəti tədris ilində də hazırlaşaraq, ali məktəbə qəbul imtahanlarında iştirak edəcəklər. 


Həssas qrupa daxil olan qadınlar üçün "Öz işini qur” sahibkarlıq proqramının təşkili  – Proqram həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunması və öz işini qurması üçün uyğun sahibkarlıq modellərinə yönləndirilməsi, həmin xanımların sahibkarlıq potensialı və ideyaları üzərində düzgün iş aparılması və nəticəyə yönəlik strateji plan qurulmasından ibarət idi. 

Layihədə şəhid xanımları da daxil olmaqla 30 qadın iştirak edib. Onlardan 2-i artıq öz işini qurub, bir neçəsi isə bu istiqamətdə ilk addımlarını atıblar.
Sevinc Fədai bildirir ki,  "Məktəblinin kitabı”, "Uşaq sığınacağında yay məktəbi”, "Təhsilin gələcəyi, gələcəyin təhsili”, "Valideyn klubu” layihələri çərçivəsində də Bakı və bölgələrdən olan qız uşaqları, qadınların fayadalanmasına şərait yaradılıb. Həmçinin, sırf qadınların iştirakı ilə "Qadının ictimai rolu niyə yüksəldilməlidir?”, "Arzuolunmaz hamiləliklərdən müasir qorunma metodları”,  "Normal və xüsusi diqqət tələb edən uşaqlara tibbi qulluğun təşkili", "Valideyn və övlad münasibətləri”, "Qadın nə istəyir?”, "Stressin idarə olunması”, "Evdə müəllim deyil, valideyn olmalı”,  "Həyata qarşı sağlam uşaq böyütməyin düsturu", "Qadın-kişi qarşıdurmasına necə son qoyulmalı?” mövzularında maarifləndirici seminar və təlimlər təşkil edilib.

Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF və Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi ilə birgə əməkdaşlıqda həyata keçirilən "İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində "İnkişaf geriliyi və əlilliyi olan uşaqlar üçün sosial xidmətlər” mərkəzi və "Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün sosial xidmətlər mərkəzi” ində dən0-18 yaş qrupundan (inkişaf geriliyi və əliliyi olan, zorakılığa məruz qalmış,valideynlərin hər hansı birini itirmiş, ictimai təhlükəli xəsətliyə tutulmuş, təhsildən təcrid olunan, yayınan, sosial dezadaptasiya və sosial məhrumiyət vəziyyətində),olan uşaqlara və onların valideynlərinə sosial-psixoloji, sosial-pedaqoji, sosial- tibbi, sosial- hüquqi, sosial- iqtisadi xidmətlərlə yanaşı, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar əlil arabaları, eşitmə cihazları və bu kimi başqa reabilitasiya avadanlıqları ilə təmin edilir və onlara mərkəzin mütəxəssisləri tərəfindən reabilitasiya xidmətləri də göstərilir.


Bugünədək "İnkişaf geriliyi və əlilliyi olan uşaqlar üçün sosial xidmətlər” mərkəzinin müxtəlif xidmətlərindən 272 ailədən 347 uşaq bəhrələnib. 

2022-ci il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qız uşaqları və qadınlara dəstək istiqamətində bir sıra layihələr icra olunub. 


Belə ki, "Gənc Qızların Təhsilinə Dəstək”  çərçivəsindəm 2022-ci ildə  Bakı və Sumqayıt şəhərləri, Füzuli, Biləsuvar, Neftçala, Sabirabad, Masallı, Astara, Qusar, Göyçay, Tərtər, Ağcabədi, Bərdə olmaqla  2 şəhər və 11 rayon üzrə 25 nəfər qıza dəstək göstərilib.

2023-cü ildə "2 fevral - Gənclər Günü” münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Təhsilin İnkişafı Fondu ilə birgə həyata keçirdiyi "Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində təhsilinə dəstək göstərilən qızlarla görüş keçirilib. Görüşdə 31 nəfər qadın,  5 nəfər kişi olmaqla 36 nəfər iştirak edib.


2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, BMT-nin Əhali Fondunun birgə əməkdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyatı zərərli təcrübələrin aradan qaldırılması” Proqramının "Ürəyinin Səsini Dinlə” layihəsi  çərçivəsində Bakı, Gəncə şəhərlərində və  Masallı rayonunda  sərgi təşkil edilib. Tədbirdə 30 nəfər qadın, 20 nəfər kişi olmaqla 50 nəfər iştirak edib.

2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Neftçala Qadın Resurs Mərkəzində "Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə”, "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üzrə” Tədbirlər Planının icrası məqsədilə təşkil edilib. Tədbirdə 57 nəfər qadın, 3 nəfər kişi olmaqla 60 nəfər iştirak edib.

Eyni adlı tədbir eyni zamanda 2022-ci ilin oktyabr ayında Ağcabədi, Xəzər, Qusar, Sabirabad Qadın Resurs Mərkəzlərində də keçirilib.

2023-cü ilin may-iyununda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt, Xaçmaz, Masallı, Füzuli və Biləsuvar Qadın Resurs Mərkəzlərində "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması, selektiv abortlar” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Tədbirlərdə hər rayon üzrə 30 nəfər qadın olmaqla 150 nəfər qadın iştirak edib.

Qurum tərəfindən "Erkən nikah və erkən yaşda qızlar tərəfindən uşaqların doğulmasının qarşısının alınmasında bələdiyyələrin rolu”  mövzusunda keçirilən tədbirdə  105 nəfər kişi, 85 nəfər qadın olmaqla 190 nəfər edib. 

2022-ci il tarixində Beynəlxalq Qızlar Günü ilə əlaqədar olaraq Bərdə Peşə Liseyində maarifləndirmə sessiyası həyata keçirilib. Tədbirdə gənc qızlar və oğlanlar, o cümlədən müəllim və valideynlər, habelə Qadın Resurs Mərkəzlərinin üzvləri də daxil olmaqla 250 nəfər iştirak edib.


2023-cü il Milli Məclisdə qadın sahibkarlara da həsr olunan ictimai dinləmələr keçirilib.  Dinləmə zamanı qadın sahibkarların problemləri dinlənilib və inkişaf etməsi istiqamətində bir çox müzakirələr aparılıb. 

Artıq bu layihələr və istiqamətlər üzrə demək olar ki, qız uşaqlarının və qadınların cəmiyyətdə özünü ifadə etməsi üzərində görüləcək işlərin sayı artmağa doğru davam edir. 

Son olaraq dostlarım arasında "qızınız ilə bir foto" status çərçivəsində çox gözəl bir mənzərə ilə qarşılaşdım. Əslində ətrafımda olan jurnalist həmkarlarımın və sosial hesabdakı dostlarımın qızları ilə kifayət qədər sevgi dolu fotolarını gördüm. Bu isə yazımın ən gözəl və canlı tərəfi oldu. 
 

 
Gülnar Nazimqızı 
 




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol