Bakının Xətai və Suraxanı rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bakının Xətai rayonu üzrə Müşviq, Qvardiya, Azadlıq, Oksigen, Pivə Zavod, Mirzə Davud küçələrinin, 8 Noyabr prospektinin bir hissəsinin və Suraxanı rayonu üzrə Qum adası yaşayış massivinin, həmçinin qeyd olunan ərazilər üzrə qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, buna səbəb "Qaz İxrac” İdarəsinə məxsus "Qum adası-Bayramzadə İEM" yüksək təzyiqli magistral qaz kəmərində təmir işlərinin aparılmasıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























