• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha 3 partiya fəaliyyətini dayandırıb

Azərbaycanda daha 3 partiya fəaliyyətini dayandırıb
02.08.2023 10:28
Azərbaycanda daha 3 partiya - Birlik Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Naminə Alyans Partiyası (ANAP) fəaliyyətini dayandırıb. Bu barədə Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova facebook hesabında yaızıb.
 
O bildirib ki, partiyaların ləğvi ilə bağlı qərar qəbul edilib və buna dair aidiyyəti sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. Partiyaların ləğvi qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilib.
 
İyulun 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyası, iyulun 19-da Müsavat Partiyası, iyulun 17-də REAL Partiyası qeydiyyatla bağlı Ədliyyə Nazirliyindən nöqsanlar göstərilməklə mənfi cavab alıblar. 
 
Partiyalar haqqındaki yeni qanuna əsasən 2023-cü ilin mart-iyulunda 31 partiya öz fəaliyyətinə xitam verib. 26 partiya isə reysterə daxil edilib. 
 
Prezident İlham Əliyev 2023-cü ilin yanvarın 11-də "Siyasi Partiyalar haqqında" qanunu təsdiqləyib. 
 
2022-ci il dekabrın 16-da Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ümumilikdə 100 dəyişilklik  edilməklə III oxunuşda qəbul olunub. 
 
Layihə 6 fəsil, 30 maddədən ibarətdir. 
 
Layihə Venesiya Komissiyasının 233 tövsiyəsindən seçki prosesi ilə bağlı olmayan və sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid 132 tövsiyəsindən  112-si nəzərə alınıb. 
 
"Siyasi partiyalar haqqında" layihə ən son 1992-ci ildə qəbul olunmuşdu.
 
Aytac Zeynalova


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol