• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirdlərin yerdəyişməsi prosesinə avqustun 7-dən start veriləcək

Şagirdlərin yerdəyişməsi prosesinə avqustun 7-dən start veriləcək
02.08.2023 10:55
Avqustun 7-də 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək. Elm və Təhsil Nazirliyindən  bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 7 avqust saat 15:00, 10-cu siniflər üçün isə 14 avqust saat 15:00-dan aktivləşdiriləcək.

Valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 31 avqust saat 18:00-a qədər davam edəcək.

Valideynlər 5 sentyabr saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat 7 avqust saat 15:00-dan 14 avqust saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə 17 avqust, 5-9-cu siniflər üzrə isə 18 avqust tarixində keçiriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

Heydər Əliyev adına lisey;

T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;

132-134 nömrəli təhsil kompleksi;

T.Həsənov adına 23 nömrəli tam orta məktəb;

İlyas Əfəndiyev adına Elitar gimnaziya;

İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi;

Zəngi liseyi;

Bakı Avropa liseyi;

"Ankara məktəbi” məktəb-lisey;

Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi;

Bülbül adına orta ixtisas musiqi məktəbi;

Humanitar fənlər təmayüllü məktəb-lisey.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol