Sığorta şirkətləri dəymiş zərəri niyə ödəmir? - Ekspertlərdən açıqlama

Şəmkir-Gədəbəy
yolunun Yasamal aşırımlarında qəzaya düşən sürücü Anar Məmmədov avtomobilinə dəymiş ziyanı sığorta şirkətindən ala bilmir. Bu barədə
zərərçəkmiş sürücü Anar Məmmədov anews.az-a bildirib.
O, deyir ki, sözügedən yolda hərəkətdə olarkən "VAZ 2107” markalı avtomobilin sürücüsü onun yoluna çıxaraq zəncirvari qəzaya səbəb olub və Qəza nəticəsində avtomobilinə 3200 manatdan çox zərər dəyib, lakin avtomobilin icbari sığortası olan "ATA” sığorta şirkəti zərəri 300 manatla dəyərləndirib.
"Mən bu məsələ ilə bağlı dövlət
qurumlarına şikayət ərizəmi ünvanlamışam. Ədliyyə Nazirliyinin Məhkəmə
Ekspertizası Mərkəzinin eksperti avtomobilimə baxış keçirərək 3200 manat zərər
müəyyən edib və bununla bağlı rəsmi şəkildə rəy də verib. Mərkəzi Banka etdiyim
müraciət əsasında da müstəqil ekspertiza təyin edilib. Onlar da zərərin 3200 manat olduğunu müəyyən ediblər. Lakin sığorta şirkəti dəymiş zərəri
ödəməkdən boyun qaçırır. Ədliyyə Nazirliyinin və Mərkəzi Bankın ekspertizasının
rəyinə məhəl qoymurlar. Deyirlər ki, biz sənə maksimum 300 manat pul verə
bilərik”, - zərərçəkmiş
sürücü bildirib.
Məsələ ilə bağlı adıçəkilən sığorta şirkəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verən olmadı.
"Azərbaycanda sığorta məsələlərində
çox ciddi problemlər var. İcbari sığorta bürosu, Maliyyə Nazirliyi yanında
Sığorta Bazarına Nəzarət idarəsi və Mərkəzi Bank belə artıq bunun öhdəsindən
gələ bilmir. Bəzəndə görünür ki, özlərinə lazım olan situasiyaları qabağa
çəkirlər və vətəndaş üçün olan önəmli məsələlər arxa planda qalır. Ötən il
qəbul edilən qərarlarda iki mühüm dəyişiklik oldu. Bunlarda birində sığortanın
məbləği artırıldı, hansı ki, bu, sığorta şirkətlərinin xeyrinədir. Amma sığorta
ödənişi artmadı, halbuki artmalı idi. Neçə illərdir ki, 5 mindən artıq sığorta
ödənişi olmur. Digər yeniliyə əsasən hər-hansı bir yol nəqliyyat hadisəsi baş
verdikdə, sığorta ödənişini sürücü öz sığorta şirkətindən də ala bilər. Bu
qərar da sığorta şirkətlərinin maraqlarına xidmət edən bir qərar idi. Şirkətlər
qiymətləndirməni özlərinə sərf edən şəkildə aparırlar. Bazən görürük ki,
qiymətləndirmədə ölüxana ehtiyat hissələri anlayışını daha çox önə çəkirlər.
Yəni pulu daha az ödəmək üçün qiymətləri və detalları ölüxanada satılan
ehtiyyat hissələrinin qiymətinə uyğunlaşdırırlar", - ekspert bildirib.
Ekspert vurğulayır ki, aiddiyatı orqanlar vətəndaşa
nə qədərə az pul versək yaxşı olar prinsipi ilə işləyir.
"İndiyə
qədər nə qədər vətəndaş narazılıq edir ki, mühərrikin həcmi aşağı olduğuna
görə, sığorta şirkəti sığorta etməkdən imtina edir. Qanun bunu qadağan edir və
həmin sığorta şirkəti cərimə olunmalıdır. Maliyyə Nazirliyi, Mərkəzi Bank,
İcbari sığorta bu barədə heç bir tədbir görməyib. Vətəndaşlar elə problemlərlə
qarşılaşanda, buna çarə tapa bilmirlər. Məhkəməyə müraciət etsələr də xeyri
olmur. Çünki, sığorta şirkəti bilir ki, ona nəzarət edən bir qurum yoxdur və
konkret olaraq bu sahə üzrə özbaşınalıqdır. Ümumiyyətlə sığorta sahəsində
nəzarət mexanizmi düzgün qurulmayıb”, - ekspert deyib.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev isə bildirir ki, sığorta şirkətlərinə ciddi şəkildə xəbərdarlıqlar edilməlidir.
"Qəza törətmiş avtomobillərin sığorta
tərəfindən xərclərin ödənilməsi ilə bağlı son dövrlər problemlərin artdığını
görürük. Bəzən, vətəndaş, sürücü qəza törətdiyi zaman sığortaya müraciət
edir və müraciətdə ya onlar lazımi adekvat tədbirlər görmürlər, ya da tələb
olunan, yəni avtomobilə dəyən ziyanın müqabilində ödəniş etməəkdən çəkinirlər.
Təbii ki, burada onların maddi maraqları var. Çünki, sığorta müqaviləsində və
onlara verilən sığorta şəhadətnaməsində göstərilən məbləğdən qat-qat aşağı olan
məbləğlər təklif edirlər. Bu da əksər hallarda mübahisələrə gətirib çıxarır. Bu
mübahisələrin həlli yolu sığorta şirkətlərinə ciddi xəbərdarlıq etmək, onlara
verilən lisenziyaların alınacağı barədə onlara xəbərdarlıq etmək, hətta, bir neçəsindən
bunu almaqla onlara cəza vermək olar. Vətəndaş sığorta pulunu ona görə ödəyir
ki, ona dəymiş ziyan göstərilmiş məbləğ qədər ona ödənilsin. Onların irəli
sürdüyü bəzi məqamlar var ki, yeni avtomobillərdə xərc daha çox olur. Normal
icbari sığorta 5 min manata qədər avtomobilin sığortasını ödəməyə imkan
verməlidir. Bu halda vətəndaşlar ekspertizadan aldığı rəyə əsaslanaraq vəkilinə
müraciət etməlidir ki, sığortadan lazım olan məbləği əldə etmək hüququnu malik
olsun. Bunun üçün də o məhkəməyə müraciət edərək sığorta şirkətini məhkəməyə
verməlidir”, - ekspert bildirib.
Azərbaycanda
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
(AVSMMİS) üzrə sığorta haqqının yeni qayda ilə hesablanmasına 2022-ci ilin
oktyabrın 1-dən başlanılıb.
Zərərlərin birbaşa tənzimlənməsi isə həmin ilin noyabrın 1-dən etibarən həyata keçirilir. Qaydalara edilən dəyişikliklərə əsasən, sığorta haqqı 4 əsas amil nəzərə alınaraq müəyyənləşir.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























