İyulda Avropaya tədarük edilən mayeləşdirilmiş təbii qazın idxalı azalıb

2023-cü ilin iyulunda Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) idxalı keçən ilin eyni dövrü ilə müqayisədə 7% azalaraq 8,6 mln. tona düşüb. Bu barədə "Bloomberg" məlumat yayıb.
Bildrilib ki, bu il 2021-ci illə müqayisədə ən aşağı səviyyəyə - 8,6 mln. tona düşüb.
Məlumata görə, 2021-ci ilin noyabrında Avropaya tədarük edilən LNG-nin həcmi 7,6 mln. ton təşkil edib.
2021-ci ilin noyabrından bu yana Avropaya LNG tədarükü üzrə maksimal göstərici ötən ilin dekabrında qeydə alınıb və 13,3 mln. ton təşkil edəcək.
Avropada təbii qazın birja qiymətləri 2,2 % artaraq 1 000 kubmetri 329 ABŞ dolları təşkil edib. Bu barədə Londonun "ICE Futures” birjası məlumat yayıb.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın sentyabr fyuçerslərinin qiyməti ticarət gününü 332,7 ABŞ dolları ilə başlasa da, sonradan 329,2 ABŞ dollarına satılıb.
Avropada təbii qazın qiyməti 2021-ci ilin avqustundan bəri ilk dəfə olaraq 1 000 kubmetr üçün 550 ABŞ dollarından aşağı düşüb.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib