• $
  • €
  • ₽
  • ₺
  • £

Dubay şirkəti müsadirə edilmiş həmin əmlakla bağlı Ali Məhkəməyə müraciət edib

Dubay şirkəti müsadirə edilmiş həmin əmlakla bağlı Ali Məhkəməyə müraciət edib
03.08.2023 11:09
Dubay şirkəti "RMH General Trading” DMCC "Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilmiş əmlakla bağlı Ali Məhkəməyə müraciət edib. Bu barədə Qafqainfo məlumat yayıb.

Şirkət Bakı Apellyasiya Məhkəməsinin qərarından narazıdır.

İddia olunur ki, cinayət işi üzrə müsadirə edilmiş "Baku Non Ferrous And Foundry Company” məhkum Rasim Məmmədova deyil, onlara məxsusdur. Belə olan halda şirkətin avadanlıqları ilə birgə müsadirə olunması mülkiyyət hüququnu pozur.

Xarici şirkəti təmsil edən vəkil Cavad Cavadov bildirib ki, Sumqayıt şəhərində yerləşən sözügedən şirkətin müsadirə olunması onun əsl sahibinin mülkiyyət hüququnun pozulması deməkdir.
 
"Təəssüf ki, Bakı Apellyasiya Məhkəməsi şikayətimizi əsaslı saymadı. İndi həmin qərardan kassasiya şikayəti vermişik. Son vaxtlar Ali Məhkəmənin mülkiyyət məsələləri ilə bağlı ədalətli qərarlar çıxardığını görürük. Ümid edirik ki, bu işlə bağlı müsbət qərar qəbul ediləcək və bizim Avropa məhkəməsinə müraciət etməyimizə gərək qalmayacaq.”

Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onun Bakı Oksford Məktəbinin binası da daxil olmaqla 70 milyonluq əmlakı müsadirə olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol