• $
  • €
  • ₽
  • ₺
  • £

“Yeni Klinika”nın mətbuat katibi işindən ayrılıb

“Yeni Klinika”nın mətbuat katibi işindən ayrılıb
03.08.2023 12:30
PR (İctimaiyyətlə əlaqələr) Korporativ kommunikasiya mütəxəssisi İlham Məmmədzadə "Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb. Bu barədə Məmmədzadə özü məlumat verib. 
 
O bildirib ki, artıq iyulun sonlarından bu tibb müəssisəsində çalışmır.
 
Məmmədzadə "Yeni Klinika"da fəaliyyətinə 2022-ci ilin avqustunda başlamışdı. 
 
"Son günlər "Yeni Klinika" ilə bağlı ölkə mediasında gedən yazılara münasibət bildirilməsini, açıqlama almaq istəyən media dostlarımıza söyləmək istəyirəm ki, mən artıq iyul ayının sonlarından bu tibb müəssisəsində çalışmıram. "Yeni Klinika"nın sabiq direktor vəzifəsini icra edən, baş həkim, ən əsası isə dürüst və gözəl insan, peşəkar həkim Cavid Paşayevdən sonra mənim də orada qalmağım mümkün deyildi. O səbəbdən ərizə yazaraq işdən ayrıldım",- o öz facebook hesabında bildirib.
 
İlham Məmmədov əmək fəaliyyətinə 2000-2010-cu illərdə Azadinform İnformasiya Agentliyində başlayıb. 2010-2014-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışaraq İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib. 2014-cü ildən 2019-cu ilə qədər Veysəloğlu Şirkətlər Qrupunda İctimaiyyətlə əlaqələr Departamentinə rəhbərlik edib.

 
Aytac Zeynalova


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol