Azərbaycan LGBTİ hüquqlarının ən çox pozulduğu ölkədir - ILGA Europe

Avropada LGBT hüquqlarına hörmət edən ölkələr arasında Azərbaycan və Türkiyə ən sonuncu yerdə qərarlaşıb. Bu barədə ILGA Europe (Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosiasiyası) Təşkilatının yaydığı hesabatda bildirilib.
Təşkilatın Azərbaycanla bağlı hissəsində qeyd edilir ki, ölkədə LGBTİ fərdlərinə qarşı media, siyasi və din xadimləri tərəfindən səsləndirilən nifrət nitqi ciddi problem olaraq qalır.
Bildirilir ki, LGBTİ fərdlərinə qarşı cəmiyyət daxilində zorakılıqlar mövcuddur. Həmçinin hökumət tərəfindən LGBTİ fərdlərinin hüquqlarının qorunması sahəsində səmərəli işlərin görülmədiyi vurğulanır.
Azərbaycanda yaşayan LGBTİ fəalı Əli Məlikovun sözlərinə görə, Azərbaycanda hökmət LGBTİ+lərin hüquqlarını qorumaqda maraqlı deyil.
"Cəmiyyətin mentaliteti, hərəkətləri dövlət tərəfindən
tənzimlənir. Azərbaycanda hökmətə LGBTQ+lərin hüquqlarını qorumaq maraqlı
deyil. İndiki dövr üçün kuirlərin ehtiyacı yaşamaqdır, amma bu gələcəkdə belə
limitli olmayacaq. Kuirlər (LGBT fərdi) sadəcə evlənmək, uşaq himayə etmək kimi
sadə arzularla mübarizə aparmırlar. Bizim mübarizəmiz etnik kimliyi, inancları,
olduğumuz sinifi əhatə edir. Qlobal LGBTQ+hərəkatı gender kimliyi və cinsi
oriyentasiyası, özünü ifadəsi marginallaşdırılan hər insan üçün danışır. Çünki
hökümət də bilir ki, bizimlə hansısa mövzularda razılaşsa, davamını da gətirəcəyik,
etnik qruplardan olan, aşağı əmək haqqı ilə istismar olunan, qadın
sosiallaşması yaradanlar üçün də küçələrə çıxacağıq. Potensial təşkilatlanmış
etirazçı kütlə formalaşdırmağı isə əlbəttə sistem istəmir. Buna görə də Azərbaycanda
hər il polis ovları, zorlamalar, dəhşətli qətllər olur. Azərbaycan höküməti istəmir
ki, Socarda işçinin pulunu yeyənlə, transı qətl edənin eyni sistemdən olduğunu
başa salaq. İnsanlar əvvələ nisbətdə müharibə, karantindən sonra daha qorxulu
olublar. Karantinə görə əməyə çatımlılığı düşən insanları illərin propaqandası
ilə müharibəyə göndəriblər. Hazırladıqları pro-müharibə dəyərlərində də əlbəttə
"petuxlara" nifrət var. Hökümət LGBTQ+lərin var olduğunu görmək istəmir.
Sadəcə qanunlardakı boşluqlarlı manipulyasiya edir”, - o deyib.
İnsan Hüquqları Komitəsinin üzvü, Millət vəkili Fazil Mustafanın sözlərinə görə, Azərbaycanda LGBTİ hüquqlarının pozulması ilə bağlı ciddi bir problem yoxdur.
"Bu sahədə Azərbaycanda ciddi problem yoxdur. Müəyyən problemlər üzə çıxdıqda da bunun həlli istiqamətində addımlar atılır. Amma cinsi azlıqlarla bağlı Azərbaycanda xüsusi bir təqib yoxdur. Onlarında cəmiyyət həyatına hansısa bir inteqrasiyası yaxşı qarşılanmır. Yəni cəmiyyətdə buna müsbət yanaşma yoxdur. Dövlətin çağlı burada hər-hansı bir problem yoxdur. Cəmiyyət bu məsələdə özünün mənfi reaksiyasını verirsə, dövlətin bu istiqamətdə cəmiyyəti susdurmaq imkanları yoxdur. Bütün hallarda əgər onlar hər-hansı bir təzyiqə, fiziki zorakılığa məruz qalarsa hüquq-mühafizə orqanları ciddi şəkildə reaksiya verir. Məncə onların hansısa bir şəkildə xüsusi bir əlahiddə bir təbəqə olaraq qorunması cəmiyyət tərəfindən haqlı olaraq müəyyən sərt reaksiyalarla qarşılanır. Amma istənilən LGBTQ fəallarına qarşı hansısa bir diskriminasiya məsələləri olanda bunun qarşısı alınmalıdır", - deputat bildirirb.
LGBTİ aktivisti və "Minority” jurnalının təsisçisi Səməd İsmayılov deyir ki, Azərbaycan Avropada LGBTİ fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkədir və buna səbəb ölkədəki həm iqtisadi-siyasi vəziyyət, həm təhsil sistemi, o cümlədən nifrət nitqi ilə müşaiyət olunan media, həm də hüquq-mühafizə orqanlarının LGBT təhlükəsizliyinə laqeyd yanaşmasıdır.
49 ölkədən ibarət siyahıda Azərbaycan sonuncu pillədə qərarlaşıb. Ondan əvvəlki yerlərdə isə müvafiq olaraq Türkiyə, Rusiya və Ermənistan yer alıb.
49 ölkədən ibarət siyahıda Azərbaycan sonuncu pillədə qərarlaşıb. Ondan əvvəlki yerlərdə isə müvafiq olaraq Türkiyə, Rusiya və Ermənistan yer alıb.
Avropada LGBTİ hüquqlarının ən yaxşı qorunduğu ölkələrin ilk beşliyində Malta, Danimarka, Belçika, İspaniya və Findandiya qərarlaşıb.
İstiqamət:6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























