İrəvanda Vaqif Xaçatryanla bağlı aksiya keçirib

İrəvanda bi qrup etirazçı Vaqif Xaçatryanın həbsinə etiraz olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) ofisinin qarşısında girişi bağlayıb. Bu barədə Erməənistan mətbuatı yazıb.
"Biz BQXK-dan Vaqif Xaçatryanın evə qaytarılmasını tələb edirik. Onun yaxalanmasına görə məsuliyyəti təşkilat daşıyır", - piket iştirakçılarından biri jurnalistlərə bildirib.
İyulun 29-da Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşları beynəlxalq axtarışda olan Vaqif Xaçatryanı Xankəndinən Ermənistana gedərkən Laçın səərhəd buraxılış məntəqəsində saxlayıb.
Xaçatryan 2013-cü ildə 1991-ci il dekabrın 22-də Xocavənd rayonunun Meşəli kəndində baş vermiş hadisələrlə bağlı açılmış cinayət işi çərçivəsində axtarışa verilmişdi.
İstintaqın məlumatına görə, Xaçatryan bu kəndə silahlı hücumu həyata keçirən erməni birləşmələrinin üzvü olub.
Ombusdman avqustun 3-də Vaqif Xaçatryanın vəziyyəti ilə bağlı görüş keçirib. Xaçatryan vəziyyətinin normal və saxlanma şəraitinə görə Azərbaycana təşəkkür edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























