Jurnalistlər üçün “Rəqəmsal Savadlılıq” təlimi başa çatıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının təşkilatçılığı ilə jurnalistlər üçün keçirilən 2 aylıq "Rəqəmsal Savadlılıq” təlimi başa çatıb.
Təlimin başa çatması ilə bağlı keçirilən tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva, Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Samir Rəsulov, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov çıxış edib.
İRİA-nın sədr əvəzi İnarə Vəliyeva bildirib ki, bu təlim vasitəsilə ixtisaslaşmış jurnalistlərin sayının artırılması əsas məqsədlərdəndir.
"Ölkənin rəqəmsal inkişafa doğru getdiyi bu yolda sürətli məlumat mübadiləsi, kommunikasiya və məlumatların hədəf kütləyə doğru çatdırılmasında mətbuat ən böyük dəstəkçilərimizdəndir. Bu "bootcamp”ı tərəfdaşlarımızla birgə təsis etməkdə əsas məqsədimiz bu yolda bizimlə çiyin-çiyinə çalışan ixitsaslaşmış media nümayəndələrinin sayını artırmaq və İKT üzrə bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir”, - Vəliyeva çıxışında vurğulayıb.
Tədbirin sonunda 21 iştirakçıya sertfikat və hədiyyələr verilib.
"Rəqəmsal Savadlılıq” təlim proqramları 2 ay ərzində iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına, həmçinin mediada İKT ilə bağlı maarifləndirici məlumatların düzgün şəkildə yayılmasına xidmət edir. Təlimlər müddətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli alt qurumları, eləcə də peşəkar təlimçi və ekspertlər tərəfindən rəqəmsal marketinq və brendləşmə, sənaye prosesində SCADA sistemləri, genişzolaqlı internet və inkişaf perspektivləri, elektron təhlükələr və onlardan müdafiə üsulları, mediada İKT, texnologiyaların istifadəsi və qanunvericilik, rəqəmsal ID-nin tətbiqi, CIA Modeli- Konfidensiallıq, bulud texnologiyaları, Blokçeyn və kriptovalyuta texnologiyalarının tətbiqi kimi mövzularda təlimlər keçirilib. Layihə çərçivəsində media nümayəndələrinə əyani dərslərlə yanaşı, praktiki dərslər də keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























