Qərbi Azərbaycan İcması BMT rəhbərinə məktub göndərib

Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların rentegrasiyası ilə bağlı Ermənistanın mənfi davranışları ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə məktub gönədib və BMT-nin xüsusi missiyasını Ermənistana göndərməyə çağırıb. Bu barədə icmanın yaydığı bəyanatda deyilir.
"İcma, Ermənistan hökuməti tərəfindən böyük əzab-əziyyətlərə məruz qalmasına baxmayaraq, uzun müddətdir davam edən bu problemin sülh yolu ilə həllinə nail olmaq üçün barışıq, dialoq və anlaşmaya sarsılmaz sadiqlik nümayiş etdirir. 11 mart 2023-cü il tarixində Ermənistanın Baş naziri Nikol Paşinyana yazılı müraciət ünvanlayaraq onu bizimlə xoş məramla dialoqa başlamağa və Ermənistanın azərbaycanlıları öz evlərindənqovaraq onları onilliklər boyu məruz qoyduğu ədalətsizliyi aradan qaldırmağa çağırdıq.Ermənistan hökuməti İcmanın dialoq çağırışına cavab verməyib. Onlar nəinki bizim dialoq çağırışımız qarşısında susqunluq nümayiş etdirir, həm də bizim dədə-baba torpaqlarımıza qayıtmağa hüququmuz təkəbbürlə inkar edərək didərgin salınmış icmamızın iztirablarını daha da artırır", - açıqlamada vurğulanıb.
Bəyanada qeyd olunur ki, Ermənistan Azərbaycanda yaşayan etnik ermənilər arasında separatçılıq meyllərini təhrik etməyə və qızışdırmağa davam edir, Azərbaycan hökumətinin onların reinteqrasiyası istiqamətində səylərini sabotaj etməyə yönəlmiş addımlar atır. Ermənistanın bu hərəkətləri regionda sülh və barışıq əldə etmək perspektivlərini sarsıdır.
Separatçı meyllər və silahlı təcavüzün tüğyan etdiyi bölgəmizdə İcmanın dialoqa sadiqliyi və beynəlxalq hüquqa hörməti ruhlandırıcı nümunə kimi alqışlanmalıdır. Qərbi Azərbaycan İcmasının mövqeyi təqdirə və dəstəyə layiqdir, çünki o, qayıdış hüququ üçün mübarizəsində sülh, barışıq və ləyaqət kimi dəyərləri, eləcə də dövlətlərin ərazi bütövlüyünə hörməti əsas tutub.", - yazıda bildirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























