• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana uçuşlar həyata keçirən aşağıbüdcəli aviaşirkətlərin sayı artıb

Azərbaycana uçuşlar həyata keçirən aşağıbüdcəli aviaşirkətlərin sayı artıb
03.08.2023 18:06
Bu ilin I yarısında Azərbaycana uçuşlar həyata keçirən aşağıbüdcəli aviaşirkətlərin siyahısına "RedWings”, "WizzAir Malta”, "Flyadeal” və "Air Cairo” əlavə olunub, onların ümumi sayı 15-ə çatıb.
 
Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, bu barədə hava limanının direktoru Teymur Həsənov bildirib.

"Bu gün Bakıdan Ankara, İstanbul, İzmir, Dubay, Şarja, Dammam, Ciddə, Ər-Riyad, Əbu-Dabi, Aktau, Tel-Əviv, Budapeşt, Roma kimi müxtəlif şəhərlərə aşağıbüdcəli aviaşirkətlərlə səyahət etmək mümkündür. Məhdud büdcəli insanların ehtiyaclarını ödəmək üçün daha çox aviaşirkətin cəlb edilməsi istiqamətində işlər fəal şəkildə davam etdirilir. Loukosterlərin sayının artması yeni aviaşirkətlərin cəlb edilməsi və sərnişinlər üçün imkanların genişləndirilməsi istiqamətində davamlı fəaliyyətimizi təsdiqləyir. 2019-cu ildən xarici aşağıbüdcəli aviaşirkətləri seçən sərnişinlərin sayı 29 %-ə yüksəlib. Biz bundan sonra da büdcəli səyahətlər üçün yeni perspektivlər açmağa, Bakını daha da əlçatan və cəlbedici turizm məkanına çevirməyə davam edəcəyik", - deyə o qeyd edib.

Regional hava limanlarını xarici aviaşirkətlərə baza aeroportu kimi təqdim etməyə hazır olduqlarını bildirən Teymur Həsənov qeyd edib ki, bu aeroportların imkanlarından istifadə edilməsi istiqamətində addımlar atılır, bu da Azərbaycana və Azərbaycandan yeni istiqamətlərin açılmasına töhfə verir.

"Azərbaycanın beynəlxalq hava limanlarına yeni aviadaşıyıcıların cəlb edilməsi ölkədə beşinci və yeddinci qrup hava azadlığının fəaliyyəti çərçivəsində baş verir. Bu qruplar xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar, Azərbaycan hava limanları vasitəsilə tranzit reyslər həyata keçirmək imkanı təklif edir", - deyə direktor vurğulayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol