Bakıda azyaşlı uşaq mağazanın qarşısında şiddətə məruz qalıb - VİDEO - Yenilənib

Daxili İşlər Nazirliyi azyaşlı uşağa şiddət göstərən şəxsləri müəyyən edib. Bu barədə DİN-in əməkdaşı Zeyni Hüseynov bildirib.
"Sosial şəbəkələrdə azyaşlılar arasında zorakılığı əks etdirən görüntülərlə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən Xətai rayonu Əhmədov küçəsində baş vermiş hadisə üzrə əməli törədən azyaşlılar müəyyən olunublar. Zorakılığa məruz qalan uşaqla bağlı ekspertiza təyin edilib. Ekspertiza rəyindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - açıqlamada qeyd olunub.
10:49
Sosial şəbəkələrdə Bakıda azyaşlı oğlanın yeniyetmələr tərəfindən döyülməsi ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin fakt üzrə araşdırılmaya başlanılıb. Araşdırılma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























