Jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə məhkəməsi başlayır

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə məhkəməsi başlayır. Bu barədə onun vəkili məlumat verib.
Bildirilir ki, cinayət işi hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası avqustun 17-nə təyin edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Cəmil Məmmədli 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib. Onun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılmışdı.
Xaçmaz rayonunun Xudat qəsəbəsində 40 nəfər jurnalist Cəmil Məmmədlinin basqılara məruz qalması ilə bağlı Azərbaycan prezidentinə müraciət edib. Müraciətdə jurnalistə qarşı təzyiqlərə son qoyulması üçün ölkə rəhbərliyindən kömək istənilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























