Hazırda dünyada 35 milyon insan aclıqla üz-üzədir

Hazırda dünyada 35 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir. Bunu BMT Təhlükəsizlik Şurasının iclasında BMT-nin aclığın qarşısının alınması və cavab tədbirləri üzrə koordinatoru Rina Gelani bildirib.
2022-ci il dünyada ac insanların sayı dörddə bir milyarda çatıb ki, bu da ən yüksək göstərici hesab olunub.
"İndi dönüş nöqtəsindəyik. Aclıq və münaqişə bir-birini qidalandırır. Keçən il aclıqdan əziyyət çəkən yeddi ölkənin hamısı silahlı qarşıdurmalardan və ya həddindən artıq şiddətdən əziyyət çəkib. Bu ölkələrdən beşi - Əfqanıstan, Haiti, Somali, Cənubi Sudan və Yəmən müntəzəm olaraq Təhlükəsizlik Şurasının gündəliyinə daxil olur", - BMT rəsmisi deyib.
Rina Gelani deyib ki, silahlı münaqişələr qida sistemlərini məhv edir, dolanışıq imkanlarından məhrum edir və insanları evlərindən qovur. Bəzən bu nəticələr münaqişənin yan təsiri olur, lakin çox vaxt aclıqdan qəsdən müharibə taktikası kimi istifadə olunur.
"Keçən il onlarla humanitar işçi öldürüldü, bir çoxu qaçırıldı və ya yaralandı. Humanitar obyektlər və təchizat tez-tez hücuma məruz qalır, talan edilir və ya hərbi məqsədlər üçün istifadə olunur”, - Gelanı vurğulayıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























