• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistlər bu klinikalarda güzəştli xidmət ala biləcək - MEDİA ilə anlaşma imzalandı

Jurnalistlər bu klinikalarda güzəştli xidmət ala biləcək - MEDİA ilə anlaşma imzalandı
04.08.2023 14:34
Bakıda fəaliyyət göstərən "Caspian International Hospital” və "Badam Medical Center”də Media Reyestrinə daxil edilmiş jurnalistlər və onların ailə üzvlərinə güzəştli xidmət göstəriləcək.

Güzəştlər bu tibb müəssisələri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) arasında bu günlərdə imzalanmış anlaşma memorandumlarına əsasən tətbiq olunacaq.

Anlaşmaya əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlər 2023-cü ilin avqust ayının 1-dən etibarən jurnalist vəsiqəsini təqdim etməklə, "Badam” və "Caspian” klinikalarında göstərilən bütün tibbi xidmətlərdən güzəştlə yararlana biləcəklər. Bundan başqa, klinikalarda jurnalistlər üçün vaxtaşırı əlavə kampaniyalar olacaq, onlar üçün hazırlanmış xüsusi paketlər təqdim ediləcək, "check-up” müayinələr keçiriləcək.

Xatırladaq ki, hər iki tibb müəssisəsində "Cərrahiyə”, "Oftalmologiya”, "Terapiya”, "Diaqnostika” və "Laboratoriya” şöbələri fəaliyyət göstərir ki, bu şöbələrdə ümumilikdə əllidən artıq xidmət sahəsi mövcuddur. Memorandumlar əsasında ediləcək güzəştlər bütün şöbələri əhatə edəcək.

Odur ki, qeyd olunan jurnalistlər və onların ailə üzvləri hər iki tibb ocağında müraciət etdikləri xidmət sahəsi üzrə güzəştlərdən rahatlıqla yararlana biləcəklər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol