Oruc İbrahimov yeni vəzifəyə təyin edilib

Oruc İbrahimov "Azərsun Holdinq”-də Müşavir vəzifəsinə təyin edilib. Bu barədə o özü məlumat yayıb.
O, "Azərsun Holdinq”-də Marketinq, İctimai əlaqələr, Sosial lahiyələr və İnnovativ həllərin inkişafı sahəsində öz dəstəyini göstərəcək.
Biznes və marketinq sahəsində çalışan Oruc İbrahimov bundan öncə uzun müddət Korporativ Kommunikasiyalar, Marketinq, eləcə də Biznesin İnkişafı departamentlərinə rəhbərlik edib.
Bank sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışdığı müddətdə bir çox sosial yönümlü dövlət əhəmiyyətli layihələr həyata keçirib.
Son 2 ildə ABŞ, Avropa və ölkə daxilində mühüm lahiyələrdə iştirak edib.
Müxtəlif beynəlxalq təlim və seminarlara qatılıb. Həmçinin uzun zamandır ki, biznes konsultant kimi fəaliyyət göstərir. Fərqli bizneslərə konsultantlıq edərək, bu istiqamətdə özünə güvən və müsbət imic formalaşdırıb.
Oruc İbrahimov Qarabağ uğrunda mübarizə zamanı həlak olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun övladıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























