İyulda dünya bazarında ərzaq qiymətlərində bahalaşma müşahidə olunub

İyulda dünyada ərzaq qiymətlərində artım müşahidə olunub. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO son açıqladığı hesabatda qeyd olunub.
Bildirilib ki, artım əsasən Qara dənizdə taxıl sazişinin dayanması və düyü ticarətinə qoyulan yeni məhdudiyyətlərlə bağlıdır.
Hesabatda vurğulanıb ki, iyulda bitki yağının qiymətində iyunla müqayisədə 12,1% artım olub.
Ötən ayda taxılın, şəkərin, süd məhsulları və ətin qiymətləri bir qədər ucuzlaşıb.
Dövlət Statistika Komitəsinin altı aylıq hesabatına görə, Azərbaycanda inflyasiya 12,7% təşkil edib.
6 ayda istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 %, qeyri-ərzaq məhsulları üzrə 111,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 % təşkil edib.
Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanda inflyasiyanın iki rəqəmli olacağı proqnozlaşdırılsa da ilin sonuna kimi bu rəqəmin 10%-dan az olması da mümkündür.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
İqtisadiyyat Nazirliyinin yenilənmiş hesablamalarına əsasən, 2023-cü il üçün inflyasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























