5 saylı Xəstəxananın yenidən qurulmasına 19 milyon manat xərclənəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İSİM) Bakıda 5 saylı Şəhər Kliniki Xəstəxanasının yenidən qurulmasına 19,1 milyon manata yaxın vəsait ayıracaq. Bu barədə www.tender.gov.az dövlət satınalmaları portalında məlumat yerləşdirilib.
Həmin məlumata görə, yenidənqurma işlərini aparmaq üçün "VAR CONSTRUCTION” MMC ilə agentlik arasında dəyəri 19,128 milyon manat olan müvafiq müqavilə imzalanıb.
5 saylı Şəhər Klinik Xəstəxanasının xəstəxana binasının, binalarının və yardımçı binalarının yenidən qurulması müqavilə bağlandığı gündən 18 aydan gec olmayaraq başa çatdırılmalıdır.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























