• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA bu çörək istehsalçıları ilə bağlı məlumat yaydı

AQTA bu çörək istehsalçıları ilə bağlı məlumat yaydı
04.08.2023 18:42
Multimonitorinq Planının icrası çərçivəsində cari dövr ərzində Agentlik tərəfindən 103-ü yerli və 5-i idxal edilən məhsul olmaqla, ümumilikdə çörək məmulatlarından 108 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Bunlardan 86-sı buğda, 22-si çovdar unundan hazırlanmış çörəklər olub. Nümunələrin sınaq nəticəsinə əsasən, 97 məhsul qida sahəsində normativ sənədlərin tələblərinə cavab verib.

Bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, 11 müxtəlif istehsalçıya məxsus eyni sayda çörəkdə isə uyğunsuzluqlar (kif və maya göbələkləri) aşkarlanıb:
"Aşkar olunmuş nöqsanlarla əlaqədar yoxlama aparılmış 11 müəssisə barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Agentlik tərəfindən çörək məhsullarının yoxlanılması zamanı media və sosial şəbəkə hesablarında qeyd olunan qida əlavəsi aşkarlanmayıb.

Laborator müayinə nəticələri uyğunsuz olan (kif və maya göbələkləri aşkarlanan) çörək istehsalçıları barədə məlumatlar aşağıdakı kimidir:
№ Müəssisə Ünvan
1. "Magnat Group" MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, İ.Dadaşov küçəsi, ev 68a

2. Fiziki şəxs Yusubova Təhminə Yusub qızı Abşeron rayonu, Məhəmmədi kəndi

3. Fiziki şəxs Süleymanlı Süleyman Dadaş oğlu Cəlilabad şəhəri, S.Vurğun küçəsi 30

4. Fiziki şəxs Hacıyev Fazil Bəhlul oğlu Cəlilabad şəhəri, S.Vurğun küçəsi 7

5. Fiziki şəxs Rəcəbov Qurban Malik oğlu Lənkəran şəhəri, H. Abdullayeva küçəsi 27

6. Fiziki şəxs İbrahimova Qəribə Rüstəm qızı Gəncə şəhəri, N.Nərimanov küçəsi 54

7. "Arizoğlu” MMC Gəncə şəhəri, 1-ci mkr

8. "Beyləqan Taxıl” ASC-nin çörək bişirmə müəssisəsi Füzuli rayonu, Horadiz şəhəri

9. "Bərdə-Çörək" ASC Bərdə rayonu, S.Vurğun küçəsi 18

10. Fiziki şəxs Məmmədova Arzu Nəsir qızı Bərdə rayonu, M.Ə.Sabir və H.Aslanov küçələrinin kəsişməsi

11. Əhmədov Elnur Namizəd oğlu Yevlax şəhəri, H.Əliyev prospekti 101".
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol