• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncədə alkoqolsuz içkilərin istehsalı sexində nöqsanlar aşkarlanıb

Gəncədə alkoqolsuz içkilərin istehsalı sexində nöqsanlar aşkarlanıb
04.08.2023 21:31
Gəncə şəhərində alkoqolsuz içkilərin istehsalı sexində nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları Gəncə şəhərində fəaliyyət göstərən, fiziki şəxs Verdiyev Balakişi Mürsəl oğluna məxsus alkoqolsuz içkilərin istehsalı sexində planlı yoxlama keçirib. Baxış zamanı müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Müəssisədə istehsal edilən alkoqolsuz içkilərin digər istehsalçı şirkətlərə məxsus şüşə butulkalarda qablaşdırıldığı və məhsulların etiketlənməsi zamanı qanunvericiliyin tələblərinə riayət edilmədiyi məlum olub. Həmçinin istehsal sahəsində döşəmə və divar səthlərinin təmirsiz olduğu, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünün təmin edilmədiyi, anbar sahəsinin mövcud olmadığı, butulkaların doldurulma sahəsində soyuducu və metal krantların paslandığı və çirklənmə riski yaratdığı, yuma çanağının, istifadə olunan masa və digər avadanlıqların asan təmizlənə bilən və dezinfeksiya işlərinin aparılmasına imkan verən korroziyaya davamlı materialdan təşkil olunmadığı, obyektin isti su ilə təmin edilmədiyi, işçi heyətin dövri tibbi müayinələrə cəlb olunmadığı və xüsusi geyimlə təmin edilmədiyi müəyyən edilib. Aşkar olunmuş faktlarla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb, sexin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol