• $
  • €
  • ₽
  • ₺
  • £

Ucarda çöllük ərazidə çətənə bitkiləri yetişdirən iki nəfər saxlanılıb

Ucarda çöllük ərazidə çətənə bitkiləri yetişdirən iki nəfər saxlanılıb
05.08.2023 09:18
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş 2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər çərçivəsində çöllük ərazidə çətənə bitkiləri yetişdirən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinə rayonun Təzə Şilyan kəndi ərazisində yerləşən çöllük ərazidə narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb.

Gecə saatlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olan rayonun Bərgüşad kənd sakini Əmiraslan Məcidli və onun qohumu, Göyçay rayonunun Cəyirli kənd sakini Tural Məcidov çətənə bitkilərinə qulluq edən zaman "iş başında” yaxalanıblar.

Bu zaman hər iki şəxs məsuliyyətdən yayınmaq üçün həmin ərazidən qaçmağa cəhd etsələr də, onların bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Həmin əraziyə keçirilən baxış zamanı isə yaş çəkisi 58 kiloqrama yaxın olan 54 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Aşkar olunan faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, Əmiraslan Məcidli və Tural Məcidov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Araşdırmalar davam etdirilir.   

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol