Kənd Təsərrüfatı Nazirliyi fermerlərə xəbardarlıq edib

Azərbaycanda təkrar əkin subsidiyası almaq istəyən fermerlər bu barədə bəyanı avqustun 31-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir.
2023-cü ildə əsas əkinlərdən sonra təkrar əkin olaraq çəltik, qarğıdalı, kartof, günəbaxan, darı, sorqo, soya əkmiş fermerlər hər hektara görə 100 manat subsidiya alacaqlar.
Təkrar əkin üçün müraciət etmək istəyən fermerin mütləq bu il ilk əkin aparması barədə bəyanı EKTİS-də olmalıdır. Eyni zamanda, bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq. Müraciətlər toplandıqca, monitorinqlər aparılacaq və sentyabrdan başlayaraq təkrar əkin subsidiyalarının ödənişi həyata keçiriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























