• $
  • €
  • ₽
  • ₺
  • £

Tbilisidə azərbaycanlı sahibkarı güllələyən şəxsə ittiham irəli sürülüb

Tbilisidə azərbaycanlı sahibkarı güllələyən şəxsə ittiham irəli sürülüb
06.08.2023 09:57
Gürcüstanın Baş Prokurorluğu paytaxt Tbilisi ərazisində fəaliyyət göstərən "Lilo Mall”da etnik azərbaycanlı iş adamına silahlı hücum edən şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd, həmçinin odlu silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasını nəzərdə tutan maddələri ilə ittiham irəli sürüb.

APA xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

Daxili İşlər Nazirliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində müttəhimin avqustun 3-də, "Lilo Mall” MMC-də odlu silahdan bir neçə əl atəş açaraq qurbanını yaraladığı müəyyən edilib. Əlavə olunub ki, yaralı xəstəxanaya çatdırılıb və əməliyyat edilib.

Nəzərə çatdırılıb ki, hüquq mühafizə orqanlarının əməkdaşları müttəhimi hadisə baş verən gün saxlayıblar. Ona qarşı irəli sürülən ittihamlar üzrə 10 ildən 15 ilədək həbs cəzasının nəzərdə tutulduğu qeyd olunub.

Faktla bağlı araşdırmaların davam etdirildiyi bildirilib.

Avqustun 3-də baş vermiş silahlı hücum zamanı etnik azərbaycanlı iş adamı Roman İsayev başından güllə yarası alıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol