Siyasi fəal həbs olunub

Müstəqil siyasi fəal, Elvin Mustafayev saxlanılıb. Bu barədə onun yaxınları məlumat verib.
Bildirilir ki, Elvin Mustafayev narkotik maddələrin satışında ittiham edilir.
DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov anews.az-a açıqlamasnda bildirib ki, Mustafayev Elvin Əli oğlu motokuryer fəaliyyəti ilə məşğul olarkən nakotik vasitənin satışını həyata keçirib. Aparılan istintaq tədbiri nəticəsində törətdiyi əməli etiraf edib. Onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ötən gün sosial şəbəkələrdə Elvin Mustafayevin saxlanılması ilə bağlı məlumatlar yayılmışdı.
Elvin Mustafayev İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























