• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxıda xəstə atları kəsib satmaq istəyən şəxslər saxlanılıb

Şamaxıda xəstə atları kəsib satmaq istəyən şəxslər saxlanılıb
07.08.2023 21:50
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istehlaka yararsız at ətinin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Çarhan kəndində Səxavət Cəfərova məxsus fermanın ərazisində əsasən ucuz qiymətə alınan xəstə atların kəsilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.
Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Mehman Cəfərov, Şamaxı sakini Ağacan Sadıqov və fermanın sahibi Səxavət Cəfərov saxlanılıblar.

Əraziyə baxış keçirilərkən 300 kiloqrama yaxın at əti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Mehman Cəfərovun başçılıq etdiyi həmin şəxslər əsasən xəstə atları ucuz qiymətə alaraq onları kəsib və ətini Bakı şəhərinə apararaq orada satmaq niyyətində olublar. Həmin ətlərdən müvafiq nümunələr götürülərək laborator müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, qalan hissəsi ilə yandırılaraq məhv edilib. 


Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol