• $
  • €
  • ₽
  • ₺
  • £

Artıq “Azercell” abunəçiləri internet olmadan belə SİMA-dan istifadə edə biləcəklər

Artıq “Azercell” abunəçiləri internet olmadan belə SİMA-dan istifadə edə biləcəklər
09.08.2023 10:45
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA – yeni nəsil rəqəmsal imza istifadəçilər üçün maksimum əlçatanlığın təmin edilməsi istiqamətində daha bir addım atıb.

Artıq "Azercell” abunəçiləri SİMA-nın xidmətlərindən mobil internet olmadan da istifadə edə biləcəklər. Bunun üçün sadəcə cihazda mobil data trafikini açıq saxlamaq kifayətdir. Belə ki, abunəçinin balansında hər hansı məbləğ və aktiv internet paketi olmadığı halda belə SİMA mobil tətbiqinə giriş, qeydiyyat, imzalama və digər əməliyyatların icrası mümkün olacaq.

Bundan başqa, abunəçinin balansında aktiv internet paketi olarsa, yenə də SİMA mobil tətbiqinin xidmətlərindən istifadə zamanı internet balansından hər hansı çıxılma olmayacaq.

SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı "AzInTelecom”un "157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol