Temperatur Bakıda 41, rayonlarda 43 dərəcəyədək artacaq - Sabahın havası

Avqustun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Məlumata görə, Bakıda və Abşeronda havanın temperaturu gecə 23-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən hava yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























