• $
  • €
  • ₽
  • ₺
  • £

Yerüstü Nəqliyyat Agentliyi vətəndaşı məcburi şəkildə rüşvətə cəlb edib

Yerüstü Nəqliyyat Agentliyi vətəndaşı məcburi şəkildə rüşvətə cəlb edib
09.08.2023 17:05
Zaqatala rayon sakini Zəkəriyyə Canqayev Şəki şəhərinin Göynük qəsəsbəsi ərazisində Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları tərəfindən məcburi şəkildə rüşvətə cəlb olunmasına görə şikayət edir. O, bu barədə anews.az-a bildirib.
 
Onun sözlərinə görə, agentliyin əməkdaşları onu səbəbsiz yerə saxlayır və davamlı olaraq ondan pul istəyiblər.
 
"Mən Şəkiyə fəhlə aparıb gətirirəm. İlk dəfə nəqliyyat agentliyinin əməkdaşları Şəkinin Göynük qəsəbəsi ərazisində məni heç bir səbəb olmadan saxlayıb sənədlərimi yoxladılar və heç bir problem aşkar etmədilər. Daha sonra isə mənə dedilər ki, sənədi qoy qırağa və gəl bizim maşının yanına. Yaxınlaşandan sonra mənə dedilər ki, bizə sənəd lazım deyil, pul lazımdır. Mən etiraz etdim. Onlar isə bildirdilər ki, sezon vaxtıdır və bu pul verilməlidir. Mən soruşanda ki, bu pullar kimə verilməlidir, onlar dedi ki, buradan keçən və bu ərazidə dayanan bütün maşınlar pul verməlidir. Mən artıq gördüm ki, məni buraxmırlar. Mən də işlədiyim yerdən 13 manat pul almışdım. Maşının içi qadınla dolu idi. Ona görə də məcburiyyət qarşısında qalıb beş manat verdim. Ondan sonra məni buraxdılar”, - o deyib.
 
Şikayətçi bildirir ki, bir ay içərisində nəqliyyat agentliyinin əməkdaşları onun 100 manatdan çox pulunu alıblar.
 
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən bildirildi ki, vətəndaş Canqayev Zəkəriyyə Şamil oğlunun Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) Şəki Regional İdarəsi əməkdaşlarının qanuna zidd hərəkətləri barədə müraciəti əsasında araşdırma aparılıb.
 
"Nəticə etibarilə AYNA-nın Şəki Regional İdarəsinin 3 əməkdaşı barəsində müvafiq tədbirlər görülüb. Həmin əməkdaşların əməllərinə hüquqi qiymət verilməsi üçün toplanılmış materiallar AYNA tərəfindən hüquq-mühafizə orqanlarına göndərilib", - agentlikdən bildirilib.
 
Eltac Nurullazadə

www.anews.az
 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol