Naxçıvanda da dövlət orqanlarına qəbulu DİM həyata keçirəcək

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi ləğv edilib və artıq Naxçıvanda da dövlət orqanlarına dövlət qulluqçularının qəbulu, inzibati vəzifələrin tutulması Azərbaycan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək.
Report xəbər verir ki,bu barədə DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova Naxçıvanda dövlət qulluqçuları ilə dövlət qulluğuna qəbul məsələlərinin müzakirəsinə dair təlimdə deyib.
Onun sözlərinə görə, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq sosial-iqtisadi inkişafa doğru uğurlu addımlar atılmaqdadır. Görülən işlərin bir hissəsi də məhz dövlət qulluğu sahəsində aparılır. Bu sahədə əsas istiqamət peşəkar kadrların, yüksək ixtisaslı mütəxəssislərin hazırlığı və qəbuludur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























