• $
  • €
  • ₽
  • ₺
  • £

Tağı Əhmədovun adamları “vurulur”

Tağı Əhmədovun adamları “vurulur”
29.05.2020 08:40

"Bakı Metropoliteni"nin yeni sədri QSC-də hansı dəyişiklik aparır? Modern.az saytı "Bakı Metropoliteni"nindən bəzi məlumatlar əldə edib.Verilən məlumata görə, hazırda yeni qurumun formalaşdırılması prosesi gedir, QSC-nin nizamnaməsi hazırlanır.

Nizamnamə hazır olandan sonra "Bakı Metropoliteni"nin yeni rəis müavinləri də ölkə başçısı tərəfindən təsdiqlənəcək.

Bildirilir ki, "Bakı Metropoliteni"nin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra Tağı Əhmədova yaxın aşağı ranqlı bəzi kadrlar vəzifədən kənarlaşdırılıb. İşdən çıxarılanların ən birincisi isə Tağı Əhmədovun köməkçisi olub.

Bundan başqa, Tağı Əhmədovun Bakı Metropolitenində metro sahəsi üzrə ixtisaslı kadr olmayan, amma müxtəlif vəzifələr tutan bir neçə qohumu da işdən kənarlaşdırılanlar arasındadır.

Saytın məlumatına görə, Tağı Əhmədovun metro keçidlərindəki ticarətə nəzarət imkanları da tamamilə onun əlindən alınıb. Eyni zamanda yeraltı keçidlərdəki ticarət işlərinə nəzarətdə Tağı Əhmədova yardım edən və ona çox yaxın şəxslər də bu sahədən kənarlaşdırılıblar.

"Bakı Metropoliteni"nin baş mühəndisi Fuad Tağızadənin də işdən çıxarılacağı barədə məlumatlar var. Bildirilir ki, yeni rəis onunla işləməyəcəyi barədə xəbərdarlıq edib.

Zaur Hüseynov işə başlayandan sonra "Bakı Metropoliteni"ndə Tağı Əhmədova yaxın olan bəzi yüksək vəzifəlilər isə işdən  getmək barədə könüllü ərizə yazıblar. Ərizə yazanlar sırasında Metropoliten rəisinin müavini, Tikilən Bakı Metropoliteni Müdiriyyətinin rəisi Arif Rəsulovun da olduğu bildirilir. Lakin 2007-ci ildən bu vəzifədə çalışan Arif Rəsulovun təcrübəsini nəzərə alan yeni rəis onun işdə qalmasını istəyib.

"Bakı Metropoliteni" QSC-də hər şeyə yaxın iki aydan - qurumun yeni Nizamnaməsi təsdiqlənəndən sonra aydınlıq gələcək. O zaman kimin işdə qalıb, kimin qalmayacağı da konkretləşəcək.

Oxu.az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol