Subay şəxslər övladlığa uşaq götürə bilərlərmi?

Hazırda övladlığa uşaq götürmək
istəyən kifayət qədər vətəndaş var və onların
arasında subaylar da mövcuddur. Yəni bəzi qadınlar və yaxud
kişilər nigaha girmədən övlad sahibi olmaq istəyirlər. Onların arasında bioloji
cəhətdən övlad sahibi ola bilməyənlər də az deyil. Bəs, evli olmayan şəxslər
övladlığa uşaq götürə bilərlərmi?
Hüquqşünas Əhməd Əliyevin sözlərinə görə, istənilən subay şəxs övladlığa uşaq götürə bilər.
"Övladlığa götürən şəxs nikahda
deyilsə, Ailə Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, ögey ata (ögey ana),
habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları,
qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən
nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən
az olmamalıdır. İstənilən subay şəxs övladlığa uşaq götürə bilər, amma, hamilə qadın övladı dünyaya gətirmədən onu övladlığa verə bilməz. Eyni zamanda, aralarında nikah
olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər", - hüquqşünas deyib.
Qanunvericiliyə görə, övladlığagötürmə
prosesi hansı mərhələlərdən ibarətdir?
-övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
-övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.
-Övladlığagötürmənin uşağın mənafeyinə uyğunluğu hansı qaydada müəyyən edilir?
-övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
-övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması;
-övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
-övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
-övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
-övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
Övladlığa götürmə
prosesində valideyn-namizədlərin uçotu üçün hansı sənəd və məlumatlar tələb
olunur?
-Valideyn-namizədin özü və
onunla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərin ərizəsi
(notariat orqanı tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq
edilmiş);
-Valideyn-namizədlər barədə
fərdi məlumatlar (soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi,
doğulduğu yer, FİN-i, yaşayış yeri, o cümlədən faktiki yaşadığı yer
(ünvan), vətəndaşlığı)
-Özü və onunla birgə yaşayan
şəxslər haqqında övladlığa imkan verməyən xəstəliklərin olub-olmamasına
dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizədin əyani tibbi
müayinəsi əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sağlamlıq
haqqında arayışı; ailə vəziyyəti barədə məlumat (nikah və ya nikahın
pozulması haqqında şəhadətnamənin nömrəsi və tarixi);
Mülkiyyətində olan daşınmaz əmlaklar, o cümlədən nəqliyyat vasitələri barədə məlumat;
Məhkumluq haqqında məlumat (məhkum olunma tarixi, cəzanın növü, müddəti, azad edilmə tarixi, azad edilmə üçün əsas);
-Aliment, kredit və digər
öhdəlikləri barədə məlumat;
-Öz qohumunu (bacısı, qardaşı,
nəvəsi, qardaşının və ya bacısının övladı, valideynlərinin bacısı və ya
qardaşının övladları) övladlığa götürdükdə - qohumluq əlaqələrinin təsdiqi
barədə məlumat (doğum haqqında şəhadətnamənin surəti);
Əcnəbilərə və vətəndaşlığı
olmayanlara münasibətdə həmçinin – miqrasiya sənədi üzrə məlumatlar
(nömrəsi, verilmə tarixi, etibarlılıq müddəti, verilmə əsası). Valideyn-namizədlə
övladlığa götürmək istədiyi uşaq arasındakı yaş fərqi nə qədər olmalıdır?
-Valideyn-namizədlə
övladlığa götürmək istədiyi uşaq arasındakı yaş fərqi 18-dən az olmamalıdır.
(Ögey ata (ögey ana),
habelə qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları,
onların övladları) istisna olmaqla). Amma, üzrlü hesab edilən hallarda bu yaş
fərqi məhkəmə tərəfindən artırılıb, azaldıla bilər. Hansı
şəxslər övladlığa uşaq götürə bilməzlər?
-Məhkəmə tərəfindən fəaliyyət
qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən
şəxslər;
-Məhkəmə tərəfindən valideynlik
hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış
şəxslər;
-Qanunla üzərinə qoyulan
vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən
kənarlaşdırılmış şəxslər;
-Əvvəllər məhkəmə tərəfindən
təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər; Səhhətinə görə
valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;
-Məhkumluğun götürülməsi və
ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və
ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və
ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə,
yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən
törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər
və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici
əsaslar olmadan xitam verilmiş şəxslər;
-Barəsində cinayət təqibi üzrə
icraat aparılan şəxslər (cinayət təqibi müddətində);
-Nikahda olmayan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər.
Övladlığa uşaq götürmək üçün minimum yaş həddi nə qədərdir?
Nikahda olan şəxslər üçün 25 yaş, nikahda olmayanlar üçün isə 30 yaş hesab olunur. (Ögey ata (ögey ana), habelə qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla). Amma, üzrlü hesab edilən hallarda bu yaş həddi məhkəmə tərəfindən artırılıb azaldıla bilər.
Hansı
xəstəlikləri olan şəxslər övladlığa uşaq götürə bilməzlər?
-Dispanser müşahidəsinin I, II
və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi;
-Bütün növ infeksion (yoluxucu)
xəstəliklər;
-Lokalizasiyasından asılı
olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr;
-Dispanser müşahidəsi bitənədək
psixi (ruhi) və davranış pozuntuları;
Övladlığa
uşaq götürmək üçün ailədə adambaşına düşən orta aylıq gəlirin miqdarı nə qədər
olmalıdır?
-Ailədə adambaşına
düşən orta aylıq gəlirin miqdarı ailə üzvlərinin hər biri üçün övladlığa
götürüləcək uşaq da nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş yaşayış
minimumunun məbləğindən az olmamalıdır. (Ögey ata (ögey ana) və qohumlar
(bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların
övladları) istisna olmaqla)
-Övladlığa uşaq
götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin adambaşına düşən
orta aylıq gəliri yaşadığı ölkənin orta aylıq əmək haqqının 2 mislindən az
olmamalıdır.
Ancaq nigah kağızı olan şəxslər övladlığa uşaq götürmək hüququna malik olduğundan LGBTİ olan cütlüklər bu hüquqa malik deyillər. Belə ki, Azərbaycanda LGBTİ fərdlərinə nigaha daxil olmaq icazəsi verilmir.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























