İyulda hansı məhsulların ucuzlaşdığı açıqlanıb

2023-cü ilin yeddi ayında Azərbaycanda istehlak qiymətləri 112,2%, ərzaq məhsulları və tütün məmulatları üzrə 114,3%, qeyri ərzaq məhsulları üzrə 111% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
İyulda əvvəlki aya nisbətən daha çox ucuzlaşma çörəyin, unun, qarabaşaq yarmasının, vaflinin, təzə balığın, yoqurtun, südün, pendirin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, qarpızın, yemişin, üzümün, bananın, armudun, gavalının, bibərin, badımсanın, xiyarın, pomidorun, göy lobyanın, soğanın, kartofun, konfetlərin, çayın, mineral suların, arağın, bahalaşma isə əsasən qoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün, şəkər tozunun qiymətlərində müşahidə olunub.
Azərbaycanda orta illik inflayasiya 10,4% səviyyəsində proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin altı aylıq hesabatına görə, Azərbaycanda inflyasiya 12,7% təşkil edib. Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanda inflyasiyanın iki rəqəmli olacağı proqnozlaşdırılsa da ilin sonuna kimi bu rəqəmin 10%-dan az olması da mümkündür.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
Gülnar Nazimqızı
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























