• $
  • €
  • ₽
  • ₺
  • £

"SABIS® SUN”la “Azərsun Holdinq”in təcrübə proqramı uğurla yekunlaşıb

"SABIS® SUN”la “Azərsun Holdinq”in  təcrübə proqramı uğurla yekunlaşıb
10.08.2023 13:16
Şagirdlərinin yüksək nəzəri biliklərlə bərabər praktiki təcrübəyə də sahib olmasını təmin edən "SABIS® SUN” Beynəlxalq məktəbi növbəti layihəsini uğurla yekunlaşdırıb. "Azərsun Akademiyası” ilə birgə həyata keçirilmiş təcrübə proqramı uğurla yekunlaşıb. Layihəyə həsr olunmuş tədbirdə "Azərsun Holdinq” rəhbərliyi, əməkdaşları, təcrübədə iştirak edən şagirdlər, onların valideynləri və bir sıra qonaqlar iştirak edib.


Bu il təcrübə proqramına "SABIS® SUN” Beynəlxalq məktəbinin 22 şagirdi qatılmışdı. "Azərsun Holdinq” ilə "SABIS® SUN” Beynəlxalq məktəbi arasında imzalanan memoranduma əsasən şagirdlər şirkətlər qrupunun İT bölmələrinin idarə edilməsi, Marketinq baş direktorluğu, Keyfiyyət təminatı direktorluğu, "Dreamland Baku”, "İnnova Constraction&Contract” MMC, "Media Balans” MMC və Tədarük zənciri baş direktorluğunda təcrübəyə cəlb olunublar. İT–texniki dəstək, proqram təminatının inkişafı, laboratoriya, HR, Dizayn, Biznesin inkişafı, rəqəmsal marketinq və digər şöbələrdə təcrübə keçən 22 şagird 1 aylıq proqramın sonunda keçirilmiş tədbirdə sertifikat, tövsiyə məktubu və müxtəlif hədiyyələrlə təltif olunublar.

1 ay davam edən təcrübə proqramında həftənin dörd günü şagirdlər öz seçdikləri bölmələrdə fəaliyyət göstərib, cümə günləri isə Azərsun Akademiyasında təşkil olunan təlimlərdə iştirak ediblər. Müxtəlif istiqamətlərdə keçirilən təlimlərin əsas hədəfi təcrübəçilərə müxtəlif sahələrə aid ilkin biliklərin verilməsi olub.

Təcrübə proqramının əsas məqsədi akademik dərəcəsi yüksək olan şagirdlərin real iş təcrübəsi ilə tanış olmağına şərait yaradaraq gələcəkdə onların arasından potensial işçilərin seçilməsi idi.

"SABIS® SUN” Beynəlxalq məktəbi şagirdlərinə həmçinin portfolio formalaşmasında da dəstək olur. Bu o deməkdir ki, şagirdlərin məzun olduqdan sonra US News, Forbes, Times Higher education və QS siyahısına görə dünyanın top 5 başda olmaqla, top 20 və top 50 universitetlərindən qəbul almaq imkanı yüksəlir.

"SABIS® SUN” Beynəlxalq məktəbinə qəbul proseduru davam edir. Ətraflı məlumat üçün:  +994 55 213 95 03, +994 55 212 20 28

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol