Rusiya ordudan yayınan vətəndaşlarını Yandex Co vasitəsilə tapa biləcək

Azərbaycan da daxil olmaqla 20-dən çox ölkədə fəaliyyət göstərən "Yanqo” taksi xidməti sentyabrın 1-dən etibarən müştərilərinin məlumatlarını Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) təhvil verməli olacaq. Beləliklə yeni qanun Rusiyanın məxfi xidmətinə ölkə daxilində taksi müştəri məlumatlarına və potensial olaraq bütün dünya üzrə əməliyyatlarına giriş imkanı yaradacaq. Bu barədə müstəqil media orqanı olan Meduza məlumat yayıb.
FSB Rusiyadan kənarda Yandex Go və ya Yango kimi tanınan Yandex taksi xidmətinin məlumatlarına 24 saat çıxış əldə edə biləcək.
Həsabatda təxminən bir il əvvəl şirkət rəhbərliyi ilə işçilər arasında beynəlxalq taksi səfərləri ilə bağlı məlumatların harada saxlandığını soruşan e-poçt mübadiləsindən bəhs edilir. Onların narahatlığına Rusiya parlamentində FSB-nin taksi xidmətlərinin məlumat bazalarına daxil olmasına icazə verən qanunun qəbul edilməsi xəbəri səbəb olub.
Meduza-nın mənbələrinə görə, "Yanqo"nun müştəriləri də məlumatlarının təhlükəsizliyindən narahatdırlar. Onlar şirkətin dəstək xidmətinin vəziyyətə aydınlıq gətirməyini xahiş ediblər, lakin menecerlerdən biri işçilərə Yandex Go və "Yanqo"nun məlumatlarının Rusiyada saxlandığını deyib və müştərilərlə söhbətdə "data mərkəzlərinin hazırkı yerini qeyd etməməyi” xahiş edib.
"Səyahətlər haqqında məlumat yalnız səfərin həyata keçirildiyi ölkənin hüquq-mühafizə orqanları tərəfindən əldə edilə bilər. "Yanqo" ilə bağlı hər hansı məlumat prosesləri yerli yurisdiksiyamızdan kənar istənilən orqan, o cümlədən yalnız Rusiya Federasiyasındakı orqanlar tərəfindən yalnız müəyyən edilmiş beynəlxalq prosedurlar, o cümlədən İnterpol vasitəsilə sorğulana bilər”, - prosedurlara əsasən Mətbuat xidməti bildirib. Bununla belə, "Yandex” şirkəti xarici istifadəçilərin məlumatlarını almayacaqlarını da bildirib.
www.anews.az

Rusiyanın baş naziri Mixail Mişustin artıq fərmanı imzaladığından, FSB sentyabrın 1-dən bu məlumatı gecə-gündüz əldə edə biləcək. Bu, siyasi təzyiqlər və səfərbərlikdən qaçmaq və doğma şəhərlərində ittihamlarla üzləşmək üçün ölkədən qaçan bir çox ruslara potensial təsir göstərə bilər.
Artıq Rusiya hakimiyyətinin tələbi ilə Qazaxıstan və ya Ermənistandan fərari və fəalların deportasiya edilməsi halları olub.
"Səyahətlər haqqında məlumat yalnız səfərin həyata keçirildiyi ölkənin hüquq-mühafizə orqanları tərəfindən əldə edilə bilər. "Yanqo" ilə bağlı hər hansı məlumat prosesləri yerli yurisdiksiyamızdan kənar istənilən orqan, o cümlədən yalnız Rusiya Federasiyasındakı orqanlar tərəfindən yalnız müəyyən edilmiş beynəlxalq prosedurlar, o cümlədən İnterpol vasitəsilə sorğulana bilər”, - prosedurlara əsasən Mətbuat xidməti bildirib. Bununla belə, "Yandex” şirkəti xarici istifadəçilərin məlumatlarını almayacaqlarını da bildirib.
"Yango" İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Pakistan, Norveç, Finlandiya, Ermənistan, Gürcüstan, Qazaxıstan və Azərbaycan kimi ölkələrdə fəaliyyət göstərir.
2011-ci ildən yəni istifadəyə veriləndən bu yana 36 milyon insan "Yango"-nun xidmətindən istifadə edib.
Rabia Hale Seferoğlu
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib