• $
  • €
  • ₽
  • ₺
  • £

“Gənclər bacarır!” layihəsi yay düşərgəsində

“Gənclər bacarır!” layihəsi yay düşərgəsində
10.08.2023 15:06
Azercell-in dəstəyi ilə "SOS Uşaq Kəndləri-Azərbaycan"-ın yetirmələri üçün yay düşərgəsi təşkil olunub


"Azercell Telekom” və "SOS Uşaq Kəndləri” Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində "Gənclər bacarır!” layihəsinin iştirakçıları üçün yay düşərgəsi təşkil olunub. 24-28 iyul Qusar rayonunun İdman Olimpiya Mərkəzində keçirilən tədbirdə 40 -a yaxın gənc iştirak edib. 


5 günlük proqrama əsasən "SOS Kəndlərinin” yetirmələri düşərgədə müxtəlif qrup çalışmaları və komanda oyunları vasitəsilə "Bacarıqların müəyyən edilməsi”, "Liderlik və Ünsiyyət bacarıqları”, CV-lərin düzgün hazırlanması və işə müraciət etməyin yeni yolları ilə tanış olublar. Bundan əlavə İnsan Qaynaqları mütəxəssisləri ilə sual-cavab sessiyası, "Gələcəyin bacarıqları”, "Mock müsahibələr”, "Karyera planlaması”, "Vaxtın idarə olunması” mövzularında tematik və praktik təlimlər də təşkil olunub. 


Azercell-in dəstəklədiyi "Gənclər bacarır!” layihəsi "SOS Uşaq Kəndləri”nin gənc sakinlərinin təhsili, peşəkar inkişafı və işlə təmin olunması məqsədi daşıyır. Lider mobil operator xüsusi qayğıya ehtiyacı olan və həssas qrupa aid şəxslərin sağlamlıq və hüquqlarının qorunması, cəmiyyətə inteqrasiya olunması, keyfiyyətli təhsil ala bilməsi istiqamətində layihələrini davam etdirir.  



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol