Azərbaycan Sinqapur təhsil sisteminə keçid etməlidirmi? - Ekspert açıqlayır

Sinqapur təhsil sistemi BMT-nin inkişaf proqramının təhsil indeksinə əsasən dünyada onuncu sıradadır. Sinqapur təhsil sistemi eyni zamanda digər dünya ölkələrindən daha fərqli bir sistem sayılır və bir çox ölkə tərəfindən nümunə götürülür.
Sinqapurun Təhsil Nazirliyi "şagirdlərə öz istedadlarını kəşf etməyə və ən yaxşı şəkildə istifadə etməyə kömək etmək, onlara öz potensiallarını tam şəkildə reallaşdırmaq və ömür boyu öyrənməyə həvəsi inkişaf etdirmək” məqsədi daşıyır. Ölkə hər bir fərdin bütöv şəxsi və peşəkar inkişafının təmin edilməsinə əsas diqqət yetirməklə təhsilə özünəməxsus yanaşmanı seçmişdir.
Təhsil eksperti Elmin Nuri Azərbaycan təhsil sistemindəki ən böyük problemin öyrənilən biliklərin həyata tətbiq edilməməsi olduğunu bildirib.
"Sinqapur təhsil modeli dünya təhsilində, möcizəvi irəliləyiş edən mexanizmlərdən biridir. Bunun əsas səbəblərindən biri də, cəmiyyəti intellektual inkişaf mexanizmi ilə təhsil modelinin tələbləri arasında adekuatlığın, uyğunluğun olmasıdır. Sinqapur təhsil sistemi özünün sərtliyi, özünün mürəkkəbliyi, şagirdə yönəlik informasiya ilə yüklənməylə fərqlənir. Lakin, bu göründüyü qədəri ilə bu ağır akademik yüklənmə deyil. Şagirdlərə proses zamanı xüsusi əyləncəli gələn, müəyyən tədqiqat metodları üzərində qurulur. Bu gün Sinqapur modeli, Pisa Beynəlxalq Qiymətləndirmə meyarlarında ilkin yerləri tutur. Pisada oxu, riyaziyyat, təbiət elmləri, yaradıcı düşünüş, və bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda tətbiq etmək mexanizmləri üzərində qiymətləndirmə aparılır. Yəni deyək ki, şagird hərhansı bir biliyi öyrənir, bunu həyata keçirtməsi necə tətbiq edilir Sinqapur təhsili ən birinci yerdədir. Azərbaycan təhsili ilk növbədə bunu özündə tətbiq etməlidir. Dərsdə öyrəniləni həyata tətbiq etmək lazımdır. Biz sadəcə öyrənirik amma tətbiq etmirik”, - Elmin Nuri deyib.
Sinqapur şagirdlərə real həyat təcrübələrində istifadə edə biləcəkləri praktiki, problem həll etmə bacarıqlarının öyrədilməsinə diqqət yetirir. Buna görə də, hər bir fənn tələbələrə praktiki tədris üsullarından istifadə edərək yaradıcı düşünməyi və problemləri həll etməyi öyrənməyə kömək etməyə yönəldilir.
Elmin Nurinin fikrincə, Azərbaycanda təhsilin geriləməsinin əsas səbəblərindən biri də, xarici ölkələrin təhsil modellərini, tədris metodikalarını yaxından izləməməkdir.
"Biz və Sinqapur təhsilinin arasındaki etaplar həddindən çoxdur. Yəni təsəvvür edin, biz birinci mərtəbədəyik Sinqapur təhsili beşinci mərtəbədədir. Biz anidən 5-ə təbi ki, qalxa bilməyəcəyik. Biz reallıqla hərəkət etməliyik. Ölkəmizdə bu günkü reallıq bizə Sinqapur modelini istifadə etməyə imkan vermir. Bizim bu gün təhsil meyarlarımız buna cavab vermir. Tədqiqat yönümlü təhsil, informasiya və biliklərin həyata keçirilməsi başqa ölkələrdə də var. Finlandiyada, Danimarkaya və əsasən Koreyaya aiddir. Amma bir söz deyim, biz nəyinki Sinqapurdan, bu adını çəkdiyim ölkələrdən də geridə qalırıq”, - Nuri fikirlərini vurğulayıb.
O həmçinin bildirib ki, Azərbaycanda Sinqapur təhsil modelini həyata keçirmək kimi bir imkan yoxdur.
"Sinqapur təhsil sisteminin birinci növbədə faydası, burada biliklərin həyati tətbiq mexanizmi üzərində qurulmasıdır. Yəni biz tarixi, kimyanı, coğrafiyanı əsasən də riyaziyyatı öyrənirik və bu yalnız bizim üçün bilik olaraq qalmır. Azərbaycanda olduğu kimi yalnız test imtahanlarını düzgün cavablamaq üçün öyrənilmir. Bu gələcəkdə həyati tətbiq bacarığı üzərində öyrədilir. Tədqiqat meyarları burada çox böyük önəm daşıyır. Təhsilin öz nəsilləri var. Birinci nəsil yaddaş təhsilidir. İkinci nəsil təhlil təhsilidir. Üçüncü nəsil isə təfəkkür nəslidir. Biz təəssüf ki, birinci nəsil təhsildə qalmışıq. Kitabdaki, dərsliklərdəki informasiyaları yükləmək ilə məşğuluq. Amma Sinqapur təhsili artıq üçüncü etapdadır. Bunlar artıq təfəkkür mərhələsini keçərək tədqiqat meyarları üzrə işlərini qururlar. Sırf riyazi zəkanın inkişafı üzrə təhsilin qurulmasıdır. Riyazi zəka təkcə riyaziyyat fənninin və ya məntiqin öyrənilməsi demək deyil. Riyazi zəka müztəlif situasiyalarda düzgün qərar qəbul edə bilmə bacarığıdır. Biz hələ ki Sinqapur təhsil sistemini götürə bilmərik. Buna cəhd edə bilərik amma bunu tətbiq edə bilmərik. Dediyim kimi, təhsilin yaddaş nəsli təhsilin tədqiqat nəslinə müraciət edə bilməz. Məsələn, 2005-ci ildə çıxan bir Nokia telefonuyla, 2023-cü ilin ən yeni Iphone-unu müqayisə edirsiniz və Iphone-daki funksiyaları Nokia-da tətbiq etmək istəyirsiniz, edə bilərsiniz mi xeyr. Bu da eynən buna oxşuyur”, - Elmin Nuri söyləyib.
Sinqapurda universitetə qədər təhsil sistemi üçə bölünür. Birinci hissə məktəbəqədər uşaq oyun qrupu və uşaq bağçasıdır, burada uşaqlar bu hissəyə 4 yaşından başlayırlar. Sonra ibtidai məktəb gəlir, uşaqlar 7 yaşında başlayır, nəhayət 13 yaşına çatanda yeniyetmələr orta məktəbə başlayırlar.
Rabia Hale Seferoğlu

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib