Dalğıclar insanları batırır, meyitlərini qohumlarına satırlar! - İDDİA

Son vaxtlar sosial mediada çimərlikdə çalışan dalğıcların dənizdə çimən vətəndaşları batıraraq suyun altında bir yerə bağladıqları, daha sonra isə meyiti qohumlarına satdıqları barədə məlumatlara tez-tez rast gəlinir.
Bu iddialarla bağlı sosial şəbəkələrdə araşdırma apardıq.
Zamin Eyvazov adlı istifadəçi yazır:
"İnsanlarıı vodolazlar çəkib aparır, suyun altında bir yerə bağlayır, sonra isə meyiti yiyəsinə çoxlu pul qarşılığında satırlar”.
O, iddia edir ki, suyun altında adamları bağlamaq üçün kəndirdən istifadə olunur.
Ceyhun Məmmədov adlı istifadəçi də eyni fikirdədir.
"Tanıdığım biri dənizdə bir az dərinə gedibmiş. Bu zaman kimsə ayağından tutub batırmaq üçün aşağıya doğru dartıb. Xoşbəxtlikdən özünü itirməyib, o biri ayağıyla adamın üzünə təpik vurub əlindən çıxıb".
Emin Mehdiyev adlı istifadəçi isə iddia edir ki, insanları qəsdən batırmaq üçün dənizdə qarmaqlardan istifadə olunur.
"Dənizdə adam tutmaq üçün qarmaqlar quraşdırıblar, həmin qarmaq və kəndir vasitəsilə dənizdə insanlar məqsədli şəkildə boğulur və ailəsindən pul alaraq qazanc əldə edilir”.
Kriminalist Şəmsəddin Əliyevin sözlərinə görə, bu kimi şaiyələrin yayılması ilk dəfə deyil.
"Bu kimi şaiyələrə daha çox SSRİ dövründə rast gəlinirdi. Deyirdilər ki, guya xilasedicilər suyun altında gəzir və insanların ayağına qarmaq və başqa alətlər bağlayaraq batırırlar. Sonradan isə həmin xilasedicilər müəyyən pul məbləğində meyiti tapıb sahibinə qaytarırlar. Yəni belə xəbərlər indi deyil, o vaxt da gəzirdi. Amma heç cür bunu sübuta yetirmək mümkün olmurdu. Ona görə də bütün bunlar şaiyə olaraq qalırdı”, - o deyib.
Kriminalist
bildirir ki, bu məsələnin tənzimlənməsi qaydası çətin bir məsələdir, amma
mümkündür.
"Qanunvericilikdə bununla bağlı heç bir nazamlanma
yoxdur, amma, olmalıdır. Dalğıcların təyinatı
üzrə necə hərəkət etməli olduğu haqqında Fövqəladə Hallar Nazirliyinin öz tələbləri
var. Əgər doğrudan da vətəndaşların söylədikləri informasiyalar mötəbər zəminə
söykənirsə, təbii ki, bununla bağlı prokurorluq orqanları ərazilər üzrə müəyyən
araşdırmalar həyata keçirilməlidir. FHN-nin bu qurumlara nəzarəti həyata keçirən
strukturları var. Ola bilsin ki, onların təlimat işləri düzgün aparılmır. Əgər
burada vətəndaşlar tərəfindən iddia edilən fikirlər sübut olunarsa, həmin şəxslərə
qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açıla bilər. Çünki, bu,
ehtiyyatsızlıqdan yox, bilərəkdən həyata keçirilmiş əməldir. Bu kimi halları mətbuatda
işıqlandırmağın müsbət cəhəti odur ki, bu cür vəzifəsindən sui-istifadə edən
xilasedicilər varsa, bu kimi davranışlardan çəkinə bilərlər. Düşünürəm ki, bu
ehtimallar mətbuatda açıqlanandan sonra, ərazi üzrə müvafiq orqanlar bu iddialar
barədə müvafiq araşdırmalar aparacaq. Ümumilikdə isə insanların suda
batmasının daha çox səbəbi küləkli havada özünə güvənən insanların təyin
olunmuş xətlərdən uzağa getməsi və geriyə dönə bilməməsidir. Digər bir səbəb isə
heç bir hazırlığı olmayan, üzə bilməyən insanlar dənizdən istifadə edirlər. Nəticədə
də boğulurlar. Ona görə də insanlar verilən tövsiyyələrə mümkün qədər çox əməl etməlidirlər”,
- Əliyev vurğulayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili yayılan şaiyələrin tamamilə cəfəngiyyat olduğunu deyib.
"Oncə
ölümlə nəticələnən suda boğulma hadisələrinin baş verdiyi ərazilərə nəzər
salaq. Bu hadisələr xidmətin nəzarət etmədiyi çimərliklərdə baş verir. FHN tərəfindən
aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də bəzi vətəndaşlar,
xüsusilə yeniyetmələr tərəfinfən çimərlik kimi nəzərdə tutulmayan ərazilərdən,
suvarma kanallarından, arxlardan, süni göllərdən və digər su hövzələrindən çimərlik
kimi istifadə hallarına rast gəlinir ki, bu da bir çox hallarda acı nəticələrə
gətirib çıxarır. FHN dövlət tərəfindən nəzərdə tutulmuş çimərliklərdə təhlükəsizlik
tədbirləri aparır. İDEA İctimai Birliyinin təşəbbüsü ilə Bakıda altı
ictimai çimərlik təşkil olunub. Digər tərəfdən isə Ümumi Dövlət tərəfindən nəzərdə
tutulan çimərliklər var. Bu çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı müayinələr
aparılır. Bunun da məqsədi odur ki, hansısa ərazidə sualtı axınlar normadan
artıqdırsa və yaxud qəfil dərinliklər varsa, eyni zamanda suda yad cisimlər mövcuddursa, bu kimi hallar
aşkarlanır və xəbərdarlıq edilir. Ancaq, nəzarət edilməyən çimərliklərdə bu işlər
görülmür. Nəticədə də bədbəxt hadisələr baş verir. Vətəndaşların bu iddiası
ümumiyyətlə çox bəsit bir yanaşmadır və mümkün olmayan bir şeydir", - FHN rəsmisi bildirib.
O həmçinin nazirliyin vətəndaşları dənizə
gedərkən diqqətli olmağa çağırdığını da bildirib.
"Küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda,
çimərliklərdən istifadə təhlükəli və qadağandır. Həmçinin hava qaraldıqdan
sonra, suya girmək təhlükəlidir. Çünki, qaranlıq olduqda suda quraşdırılmış məhdudlaşdırıcı
nişanlar görünmür. Eyni zamanda hər-hansı bir hadisə baş verəndə
axtarış-xilasetmədə çətinlik yaranır. Çünki görüntü olmur. Ona görə də biz təklif
edirik ki, çimərliklərdə istirahət saatı səhər saat 9-dan, axşam saat 8-dək
olsun”, - xidmət rəisi bildirib.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























