Gələn həftədən kolleclərə sənəd qəbulu başlayır

14 avqust saat 15:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların elektron sənəd qəbuluna start veriləcək.
Bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında deyilir.
Müraciətçilər "portal.edu.az" saytı üzərindən qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.
Qeydiyyat prosesi 23 avqust saat 18:00-da yekunlaşacaq.
Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























