Sumqayıtda 3 yaşlı uşaq işgənclərə məruz qalıb

Sumqayıtda işgəncələrə məruz qalan 2 yaşlı uşaq polis tərəfindən açkarlanaran uşaq sığınacağına yerləşdirib. Bu barədə Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə bildirib.
"2 yaşlı uşaq nənəsinin fiziki işgəncələrinə məruz qalıb. Anası bir müddət öncə vəfat edib. Nənənin himayəsində daha 2 uşaq var", - Ağazadə öz sosial hesabında yazıb.
Daxili İşlər Nazirliyinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib ki, Sumqayıt şəhərində azyaşlının qeyri-insani rəftara məruz qalması ilə bağlı yayılan informasiyalar Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.
"Sumqayıt şəhəri ərazisində yaşayan Abdullayeva Ülviyyə Rəsul qızının himayəsində olan 3 yaşlı uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin ünvanda Ü.Abdullayevanın himayəsində olan 3 azyaşlıdan biri - 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər. Azyaşlı himayəsində olan nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. İlkin müayinə zamanı azyaşlının fiziki va psixoloji cəhətdən öz yaşıdlarından geri qalması və sağ qulağında xəsarətlər aşkar edilib. Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda faktla bağlı Sumqayit ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib", - təyin edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























