6 ayda nə qədər yol nəqliyyat hadisəsi baş verib?- RƏSMİ

2023-cü ilin yanvar-iyununda 780 yol-nəqliyyat hadisəsi baş verib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz azdır. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Bildirili ki, hadisələr zamanı zərər çəkən şəxslərin sayı ötən ilə müqayisədə 4,8 faiz azalaraq 1056 nəfər olub. Onlardan 387-si həlak olub, 669-u isə yaralanıb.
Yol-nəqliyyat hadisələrinin 88,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 24,7 faiz artaraq 293 nəfər, yaralananların sayı isə 7,5 faiz azalaraq 644 nəfər olub.
2022-ci ildə Bakıda 437 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb. 269 piyadanı isə avtomobil vurub, onlardan 134 nəfəri dünyasını dəyişib.
Bakıda ötən il motosikletlərin iştirakı ilə 4 hadisə baş verib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Moped sürücüləri isə 14 hadisə törədib. Nəticədə 1 nəfər ölüb və 14 nəfər xəsarət alıb.
Velosipedlə törədilən 4 qəzada isə 1 nəfər ölüb, 3 şəxs xəsarət alıb.
Aytac
Velosipedlə törədilən 4 qəzada isə 1 nəfər ölüb, 3 şəxs xəsarət alıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























