Gürcüstanda torpaq sürüşməsində ölənlərin sayı artıb

Gürcüstanın Şavi kurort zonasının yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. Bu barədə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin məlumatında bildirilib.
Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili sürüşmə zonasında həmçinin aşağı ətrafların aşkarlandığını, itkin düşən 11 nəfərin axtarışlarının davam etdirildiyini qeyd edib.
Qurumun məlumatına görə, itkin düşən daha bir neçə nəfərin axtarışlarının davam etdirildiyi bildirilib.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili təbii fəlakət bölgəsinə gəlib və vəziyyəti həll etmək üçün təcili iclas çağırıb, hökumətin əvvəllər Twitter kimi tanınan X sosial şəbəkəsində verdiyi bəyanatda deyilir.
Avqustun 3-də baş vermiş təbii fəlakət nəticəsində körpülər dağılıb, Şovinin girişindəki yola ziyan dəyib. Xilasedicilər 210 nəfəri təxliyə ediblər.
Aİ-nin Gürcüstandakı nümayəndəliyi hadisə nəticəsində dəyərli insanların itkisinə görə başsağlığı verib.
Baş verən hadisəyə görə Gürcüstanda matəm elan olunub.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib