Google Rusiya şirkətləri üçün xidmətləri bloklamağa başlayıb

Amerikanın Google korporasiyası sanksiyalar altında olan Rusiya şirkətləri üçün Google Workspace korporativ xidmətlərini kütləvi şəkildə bloklamağa başlayıb, bu barədə Kommersant saytı yazıb.
"Xidmətlərin bloklanmasından sonra şirkət əməkdaşları korporativ poçtlara daxil ola bilmir, Google Sənədlər vasitəsilə elektron sənəd idarəetməsindən istifadə edə bilmir, demək olar ki, bütün vacib sənədlər və yazışmalar Google-un korporativ yaddaşında qalıb", - açıqlamada deyilir.
Google-dan gələn bülletendə bloklama "spam mesajlar”la izah olunur. Nəşrin mənbəsi təklif edir ki, Google Rusiya müəssisələrini bloklamaqda davam edəcək və bunu xəbərdarlıq etmədən edə bilər.
Daha əvvəl Telecom Daily Microsoft-un texniki dəstəyinin məktubuna istinad edərək bildirmişdi ki, şirkət sentyabrın 30-dan sonra Rusiyanın korporativ müştəriləri üçün proqram təminatı lisenziyalarının yenilənməsini dayandıracaq.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib