Valideyn bağça rəhbərindən 15 000 manat pul tələb etdi - Səs yazısı - Yenilənib

339 nömrəli uşaq bağçası baş verən hadisəni təsdiqləyib.
Bildirilib ki, bağçanın ərazisindən bir uşaq qısamüddətli yayınıb.
"Görülmüş tədbirlər nəticəsində qısa müddətdə uşaq geri qaytarılıb. Operativ olaraq məsələ araşdırılmış və tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görülüb.Valideynə məlumat verilmiş və valideynlə söhbət aparılıb. Təəssüf ki, valideyn adekvat münasibət göstərməmiş, qanunsuz tələblərlə çıxış edib. Uşaqların mühafizəsi və işçilərin məsuliyyətinin daha da artırılması ilə bağlı müvafiq tədbirlər görülüb",- açıqlamada qeyd olunub.
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki,məsələ ilə bağlı araşdırma aparılır.
Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.17:43
Bakıda 339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb.
Bildirilir ki, uşaq tezliklə tapılıb və bağçaya qaytarılıb.
Bağça rəhbərli təlim tərbiyəçi haqda tənbeh tədbiri görsə də, valideyn həmin bağçanın rəhbərindən 15 000 manat pul tələb edib.
O söyləyib ki, həmin pula uşağını başqa özəl bağçaya qoymaq üçün istəyir.
"Ya bu məsələni sosial şəbəkədə ictimailəşdirəcəm, hərkəs bura gələcək, ya da 15 min manat pul verməlisiniz. Qapıçıdan tutmuş, bütün səlahiyyətli şəxslər buna cavab verməlidir",- valideyn bildirib.
Bağça müdiri isə bildirib ki, həmin vaxt bağçada olmayıb. Bağça bu pulu vermək iqtidarında deyil.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























