• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda içməli suyun keyfiyyətinə nəzarət istiqamətində görülən işlər açıqlanıb

Azərbaycanda içməli suyun keyfiyyətinə nəzarət istiqamətində görülən işlər açıqlanıb
11.08.2023 19:20
Bu ilin yanvar-iyun aylarında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları, su şəbəkələri, təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri və digər obyektlərdən ümumilikdə 1 462 nöqtədən 39 556 su nümunəsi götürülüb.

Bu barədə Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Həmin nümunələr üzrə 226 287 göstərici təyin edilib.
Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və şəbəkələrindən götürülmüş 7 861 tullantı su nümunəsi üzrə 36 477 parametr öyrənilib.

Məlumata görə, hazırda "Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 56, tullantı suların 60 olmaqla, ümumilikdə 116 parametri üzrə analizlər aparılır. Ümumilikdə içməli suyun keyfiyyətinə 9-u regional olmaqla 11, tullantı sularının tərkibinə isə 15 laboratoriya tərəfindən nəzarət olunur.

"Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası 2013-cü ildə fəaliyyətə başlayıb. Bir il sonra Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçən laboratoriya ötən dövrdə müxtəlif səriştəlilik testi proqramlarına qoşulub.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol